Xəbər lenti

 
 
“Türkiyə Azərbaycan ərazisində hərbi baza yerləşdirə bilər”.
 
Ovqat.com xəbər verir ki, bu iddianı "Enaket" analitik mərkəzinin rəhbəri, qondarmas DQR prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Tiqran Abramyan irəli sürüb.
 
Avqustun 28-də Ermənistanın bəzi media orqanlarında dərc olunan  məqaləsində Abramyan qeyd edib ki, Azərbaycanda Türkiyənin hərbi bazasının yerləşdirilməsi məsələsi müzakirə olunur: "Hələlik hərbi bazanın yerləşdiyi məkana dair heç bir rəsmi məlumat olmasa da, Azərbaycan siyasi və hərbi ekspertləri iki mümkün variantdan — Naxçıvan və Bakıdan danışırlar.
 
Abramyan vurğulayıb ki, Türkiyənin Cənubi Qafqazda nüfuzunu artırmaq cəhdləri regionda sülh və təhlükəsizliyin bərqərar olmasına kömək etmir. O, həmçinin qeyd edib ki, Tavuş vilayətindəki hadisələrdən sonra Dağlıq Qarabağda danışıqlar prosesi dalana dirənib və bu, sərhəddə gərginliyin artması riskini artırıb.
 
Abramyanın fikrincə, Qarabağla bağlı danışıqlar prosesində Rusiya böyük rol oynayır: "Bu mərhələdə tərəflərin danışıqlar prosesinə qayıdışı, danışıqlar prosesinin reanimasiyası baxımından Rusiya tərəfinin fəallığı xüsusilə nəzərə çarpır".
 
O, Ermənistan-Azərbaycan sərhədindəki son gərginlikdən sonra Qarabağda təmas xəttində də qarşıdurmaların artdığını vurğulayıb.
 


Ana səhifəyə qayıt        Baxış: 3 175          Tarix: 30-08-2020, 12:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma