Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
“Gözlənilir ki, onun təşəbbüsü ilə Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın dövlət başçıları Qarabağdakı vəziyyətə dair birgə bəyanatla çıxış etsinlər”
“Dünən Rusiya prezidenti Vladimir Putinlə Qarabağda yaranmış vəziyyəti müzakirə edən Fransa prezidenti Emmanuel Makron bu müzakirəyə Donad Trampı da qatmaq istəyir”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.
Onun sözlərinə görə, gözlənilir ki, Makronun təşəbbüsü ilə Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın dövlət başçıları Qarabağdakı vəziyyətə dair birgə bəyanatla çıxış etsinlər: “Odur ki, bir neçə gündür ki, Azərbaycana təsir etmək üçün hər vasitəyə əl atan Emmanuel Makrona bildirmək istərdim. Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların yaradılmasına, Strasburqun Notr-Dam kilsəsinin təmirinə, Parisdə Versal Sarayının parkındakı abidələrin, yanğına məruz qalan Notr Dame kilsəsinin bərpasına Heydər Əliyev Fondundan on milyonlarla avro vəsait ayrılıb.
1996-cı ildən Azərbaycanda neft-qaz hasilatına cəlb olunan, hazırda “Abşeron” layihəsində 50 faiz pay sahibi olan “Total” şirkəti “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsində də iştirak etmək istəyir. Görəsən, Azərbaycanla bu qədər sıx mədəni və iqtisadi əlaqələri olan Fransa dövlətinin başçıları nədən hər zaman ermənipərəst mövqeyi ilə seçilirlər?”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar