Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Azərbaycan Ordusu xalqımızın tarixində və mədəni irsində önəmli rol oynayan Şuşa şəhərini işğaldan azad edəndən sonra müharibənin müqəddəratının bizim xeyrimizə tam həll olunacağı artıq heç bir şübhə doğurmurdu. Bu hadisədən nəticə çıxaran Ermənistan şahmatda vəzirini itirmiş tərəf kimi məğlubiyyətini etiraf edib, kapitulyasiya aktını imzalamağa məcbur oldu və bu rüsvayçılığı qəbul etdi.
İndi bu münaqişə ilə bağlı yaranan hazırkı durumda cəmiyyətimizi narahat edən bir məsələ var - Rusiyanın sülhməramlı hərbi kontingentinin Qarabağda yerləşməsi. Bəli, bundan sonra tamamilə yeni və öyrəşmədiyimiz mənzərəylə qarşılaşacağıq. Əlbəttə, onsuz da lap əvvəldən məlumdur ki, Rusiya Qafqazı nəzarətdən buraxmaq fikrində deyil. Ancaq nəzərə almalıyıq ki, artıq 1990-cı illər deyil və bölgədə heç kimin inkar edə bilməyəcəyi güclü Türkiyə faktoru var.
Ümumiyyətlə, Dağlıq Qarabağ uğrunda müharibəyə geosiyasi kontekstdən yanaşılımalıdır. İstər dünya tarixinə və istərsə də bizim regionun tarixinə diqqət etsək, bu illər ərzində siyasi xəritənin necə dinamik şəkildə dəyişməsini görərik.
Hələlik, bugünkü vəziyyətin şərtlərinə əsasən Zaqafqaziyaya təsir edəcək üç güc mərkəzi var: Rusiya, Türkiyə və İran. SSRİ dağılandan sonra onun varisi rolunda çıxış edən Rusiyanın təsir imkanı öndədir, lakin son zamanlar yeganə söz sahibi və təsir gücü olan Rusiya faktoruyla yanaşı, Türkiyə faktoru da dövrəyə qoşulub. Deməli, tədricən yeni qüvvələr nisbəti meydana gəlir. İranın təsiri isə ikinci plandadır.
Ancaq sual yarana bilər ki, bəs, ABŞ faktoru ortadan qalxıbmı? Xeyr, qalxmayıb, ancaq o, formasını dəyişməyə başlayıb. Bundan sonra ABŞ-ın maraqları qlobal layihələr çərçivəsində gizlədiləcək və görünməz olacaq.
Hər kəs öz yerini bilməlidir...
İqtisadi-siyasi və hərbi potensialına görə dünyadakı dövlətləri şərti olaraq üç kateqoriyaya ayırmaq olar:
1) İri dövlətlər.
2) Regional təsir gücünə malik dövlətlər
3) Kiçik dövlətlər.
Kiçik dövlətlərin həyatı və taleyi özündən yuxarıda dayanan ierarxik ranqdakı böyük güclərin siyasətindən çox asılıdır və ona görə də, reallıqda hər hansı dövlətin öz ranqı çərçivəsindən kənara çıxmaq cəhdi konkret avantüra və ya təxribat sayılır. Necə ki, Ermənistanın timsalında biz bunu əyani şəkildə gördük. Deməli, hər kəs öz yerini bilməlidir, yoxsa başı bəla çəkəcək...
Bəli, bütün dövlətlərin üzərində duran təşkilati sistemlər də mövcuddur. Və bütün dünya iqtisadi-maliyyə və ticari baxımından vahid sistemə bağlıdır. Hamının beynəlxalq maliyyə institutları qarşısında öhdəlikləri var və heç bir iri dövlət sərbəst iqtisadi-maliyyə modeli qura bilməz. Təbii ki, belə olan təqdirdə, böyük dövlətlərin apardıqları siyasət arxa planda dayanan sistemin razılığı ilə həyata keçirilir. Heç bir böyük dövlət təsadüfən irəliyə çıxmayıb, onu lazımı platformanın üstünə qoyublar.
Günün şərtləri nə diktə edir? Azərbaycan böyük irəliləyiş əldə edib və bu, sözsüz ki, bizim tarixi qələbəmizdir. Qarabağ ətrafında hadisələrin gedişi və müxtəlif səpgili detallar bir aydan sonra daha yaxşı aydınlaşacaq. Rusiya məsələsinə gəldikdə isə, fövqəladə və qəribə heç nə baş verməyib. Onsuz da Rusiyanın regiona təsiri güclü olaraq qalırdı. Ermənistan vassal dövlət kimi Moskvanın himayəsi və qayğısı nəticəsində yaşayır və bu, hamıya bəllidir. Belə görünür ki, bundan sonra regionda və bütünlükdə dünyada siyasət dolayı deyil, açıq formada aparılacaq və maraqlar aşkar şəkildə ortaya qoyulacaq. Bu kontekstdən yanaşsaq, Rusiya qeyri-adi hərəkətə yol vermədi, sadəcə “yaşmağını açdı” və məsuliyəti birbaşa öz üzərinə götürdü.
Əsl həqiqətdə qlobal dünya dəyişməyə başlayır. Əgər biz dünyanın haraya getdiyini yaxşı görə bilsək və gələcəyin obrazını aydın təsəvvür etsək, müşküllərin öhdəsindən gəlmək mümkün olacaq. Ona görə də bugünün şərtləri nəyi diqtə edirsə, ona uyğun davranmaq lazımdır. Onsuz da perspektivdə dünya düzənində hər şey dəyişəcək, müasir dövlət anlayışından tutmuş, beynəlxalq hüquq normalarına və iqtisadi-maliyyə sisteminə kimi xeyli məsələlərə ciddi əl gəzdiriləcək. Bu zaman baş verənlərin köhnə formulla izah edilməsi mümkün olmayacaq, yeni məzmuna və yanaşmaya ehtiyac yaranacaq. Ona görə də təmkinlə və emosiyasız təhlil aparılmalıdır və nəzərə alınmalıdır ki, kütlə şüuruna tabe olan istənilən toplumun gələcəyi qorxulu sonluqla bitir. İndi baxın, 26 il bundan öncə özünü qəhrəman, yenilməz və ən əsası isə ağıllı xalq, dövlət hesab edən Ermənistan hansı kökə düşüb.
Türkiyə ilə Rusiya nə üçün yaxınlaşır?
Hazırda Rusiyanın ən çox qorxduğu ssenari dünyada təklənməsidir. Rusiya bilir ki, Qərb dünyası 1991-ci ildə onu dağılmağa qoymadı və Baltikyanı ölkələri çıxmaq şərtilə yerdə qalan respublikaları onun təsir dairəsinə verdilər. Sovet İttifaqından fərqli olaraq, Rusiya bu respublikalara nə ideoloji, nə də ki, iqtisadi baxımdan heç nə təklif edə bilmədiyindən, özünəməxsus milli münaqişə “qarmağının” köməyilə hamını təsir orbitində saxlamağa çalışır. Və hələlik buna müvəffəq ola bilir. Ancaq Rusiya üçün də vəziyyət getdikcə qəlizləşir.
Bir məsələni xüsusi qeyd etmək lazımdır ki, Türkiyə və Rusiyanın yer alacağı “Yeni Avrasiya” layihəsi var. Bu layihənin işə salınması üzərində çalışılır. Lakin hələ ki, bununla bağlı əsaslı razılaşma yoxdur. Çünki gərək dünya çapında yeni meqastrateji layihənin cizgisi tam şəkildə cızılsın ki, sonradan onun tərkib hissələri olan alt layihələr də planlı şəkildə həyata keçirilə bilsin.
“AzPolitika.info”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar