Xəbər lenti

“Məqsədimiz erməni vəhşiliyinin beynəlxalq ictimaiyyətə çatdırmaqdır”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, torpaqlarımız işğaldan azad olana qədər işğal altındakı ərazilərdə törədilən erməni vəhşiliyi barədə danışmışıq: “Amma fiziki olaraq bu ərazilərə keçə bilmədiyimiz üçün bunları dolğun, əsaslı faktlarla təqdim edə bilmirdik. İndi hər şey gözümüzün qarşısındadır. Burada, Füzuli şəhərinin qəbiristanlığında uyuyan vətəndaşlarımızın, soydaşlarımıza allahdan rəhmət diləyirik. Bir daha da Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunmasında canını fəda etmiş şəhidlərimizə allahdan rəhmət diləyirik. Azərbaycan vətəndaşı kimi gözümüzün qarşısında bu viranəlik var. Amma digər tərəfdən də fəxr edirik ki, torpaqlarımız nəhayət, işğaldan azad olundu. Onu da əmin edə bilərik ki, Ali Baş Komandanımızın, Prezidentimizin rəhbərliyi altında  Füzuli şəhəri və rayonu da digər şəhər və rayonlarımız kimi yenidən qurulacaq, yenidən inkişaf etmiş regionlarımızdan birinə  çevriləcək”.  




Ana səhifəyə qayıt        Baxış: 1 351          Tarix: 22-11-2020, 18:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma