Xəbər lenti


Hürriyet, Türkiyə
01.12.2020


Ermənistan prezidenti Armen Sarqsyan ölkəsində hökumətin istefaya getməsinin vacib olduğunu bəyan edib. O, hesab edir ki, bundan sonra müvəqətti texnokrat hökumət qurulmalı, uzağı bir il ərzində yeni seçki keçirilməlidir.
Armen Sarqsyan Rusiyaya səfəri çərçivəsində bu ölkədəki erməni icmasının nümayəndələrilə görüşüb. Görüşdə o, Ermənistan hökumətini tənqid edib. 

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla razılaşma imzalamağa məcbur edilməsini, nəticədə ermənilərin Qarabağdan çəkilməsini “böyük faciə” adlandıran Sarqsyan deyib: “Belə böyük faciənin baş verdiyi istənilən ölkədə çıxış yolu bir olur: buna səbəb olmuş hökumət istefaya gedir”.

Sarqsyan bildirib ki, hazırda Ermənistanda vəziyyət son seçkinin keçirildiyi iki il əvvəlki durumdan fərqlidir. “Odur ki, müvəqqəti milli barışıq hökuməti qurulmalı, növbədənkənar seçki keçirilməlidir”, - deyə prezident qeyd edib. Sarqsyanın fikrincə, bu halda bütün siyasi partiyalarla razılaşdırılmış texnokrat hökumət qurulmalı, o, 6 ay, uzağı 1 il ərzində növbədənkənar seçkinin keçirilməsini təmin etməlidir.
Konstitusiya dəyişikliyi də gündəmdədir

Bununla yanaşı, prezident Sarqsyan hesab edir ki, növbədənkənar seçkiyədək ölkədə Konstitusiya dəyişikliyinə də gedilməli, bunun üçün referendum keçirilməlidir.

“Prezident və ya baş nazir ölkə üçün əhəmiyyətli qərarları təkbaşına qəbul etməməlidir”, - deyə o, vurğulayıb: “Konstitusiyamız balanslı deyil. Parlament, hökumət və prezident arasında balans olmalıdır”.
Armen Sarqsyan hesab edir ki, prezident hazırda olduğu kimi parlament tərəfindən deyil, xalq tərəfindən ümumxalq səsverməsilə seçilməlidir.
(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Hürriyet


Ana səhifəyə qayıt        Baxış: 3 002          Tarix: 1-12-2020, 12:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma