Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyası dərhal cavab tələb edən ilk ciddi problemlə üzləşib. Dekabrın 11-12-də Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında münaqişə zonasındakı 2 nöqtədə atəş mübadiləsi baş verib. Qarşıdurmalar Azərbaycanın nəzarətində olan ərazilərə yaxın, erməni birləşmələrinin nəzarətində olan 2 kənddə olub. İndi bu kəndlər və onlara gedən yollar rus sülhməramlılarının məsuliyyət zonasına daxil edilib. “Kommersant” nə baş verdiyini anlamağa çalışıb.
Noyabrın 10-dan bəri atəşkəsin ilk ciddi pozulması ilə Dağlıq Qarabağda münaqişənin artıq silahlı qarşıdurmaya dönə bilməyəcəyi fikri təkzib edilib. Toqquşmalar münaqişə bölgəsindəki ən çətin bölgələrdən birində, hələ də Ermənistan silahlı qüvvələrinin nəzarətində olan yaşayış məntəqələrinin olduğu, Azərbaycan qoşunları tərəfindən ələ keçirilmiş Hadrut şəhəri yaxınlığında baş verib. Bu, Xtsaberd və Xin Taxer kəndləridir.
Xəritəyə baxsanız, o, Dağlıq Qarabağda ermənilərin nəzarətindəki ərazidən ayrı düşüb. Lakin “Sputnik”-in erməni redaksiyasının izah etdiyi kimi, Xtsaberdi müdafiə edən hərbçilər və Xin Taxer kəndində yerləşən milislər mövqelərini tərk etməkdən imtina edib və “keçilməz bir dərədən uzanan yeganə torpaq yolla təchizat alıblar”.
Bu ərazidə rus sülhməramlılarının müşahidə məntəqəsi yox idi. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin döyüş əməliyyatlarının tamamilə dayandırılması barədə razılığına baxmayaraq, yenə də döyüşlər başlayıb.
Tərəflər, adətkərdə olduğu kimi, bir-birlərini “təxribat”da günahlandırırlar. “Bir neçə saat davam edən döyüşdən sonra düşmən Xin Taxer kəndinə girməyi bacarıb və eyni zamanda, Xtsaberd kəndinə yaxınlaşıb. Azərbaycan təxribatı ucbatından hərbi əməliyyatların yenidən başlaması nəticəsində erməni tərəfinin altı yaralısı, düşmənin itkiləri var ”, – deyə Bazar günü Ermənistan Müdafiə Nazirliyindən bildirilib.
Bakıda hadisə daha ətraflı təsvir edilib. Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) birgə bəyanatında deyilir ki, “Ermənistan KİV-lərində, Ermənistanın rəsmi dairələrinə istinadla, bu silahlı qrupların meşəlik ərazidə itkin düşdüyü barədə məlumatlar var idi. Erməni tərəfi Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin komandanlığına bu ərazidən geri çəkilmə üçün müraciət edib”. Lakin, Bakının iddiasına görə, erməni dəstələri təklifi qəbul etməyib və “Azərbaycan hərbi personalına və mülki şəxslərə hücum ediblər”.
Hadisədən əvvəl Azərbaycanda Hadrut bölgəsində partizan müharibəsinin davam etdiyi barədə şayiələr yayılmışdı. “Kommersant”ın müxbiri bu yerləri ziyarət edə bilməyib, ancaq orada olan bir azərbaycanlı həmkarı “dağlarda atışma səslərinin eşidildiyi”ni deyib.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin və Müdafiə Nazirliyinin yeni açıqlamasından belə çıxır ki, bu söz-söhbətlər əsaslı imiş: noyabrın 10-dan sonra silahlı insidentlər baş verib. “Beləliklə, 26 noyabr 2020-ci il tarixində Xocavənd rayonunun Sur kəndi ərazisinə edilən hücum nəticəsində Azərbaycan Müdafiə Nazirliyinin üç hərbçisi öldürülüb, ikisi yaralanıb. Dekabrın 8-də Hadrut kəndi yaxınlığında bir hərbçi öldürülüb, orada rabitə yaratmaq üçün çalışan “Azercell”-in bir əməkdaşı ağır yaralanıb”. Dövlət Təhlükəsizlik Xidməti Bazar günü bildirib ki, “antiterror əməliyyatı keçirmək məcburiyətində qalıb”.
Görünən odur ki, söhbət dekabrın 11-12-də baş verən qarşıdurmalardan gedir.
Şənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan eskalasiyanı “Mənim addımım” blokunun nümayəndələri ilə müzakirə edib, lakin görüşdən sonra heç bir açıqlama verməyib. Ancaq Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorkyan hadisəni Rusiya sülhməramlılarının üzərinə atıb. “Rus sülhməramlıları, ilk növbədə, Köhnə Taxer və Xtsaberd kəndləri istiqamətində Azərbaycan qoşunlarının hücumuna cavab verməli idirlər”, – deyə o, “Facebook”-da yazıb. Az sonra, o əlavə edib ki, “erməni tərəfi dəfələrlə rusiyalı sülhməramlılara yazılı və şifahi formada müraciət edib ki, ərazilərindəki funksiyalarını yerinə yetirsinlər. Bu razılaşma ən yüksək səviyyədə əldə edilib. “Ermənistan Xarici İşlər Nazirliyi də Rusiya hərbçilərinin diqqətini çəkməyə çalışaraq Azərbaycanın hərəkətlərinin “münaqişə zonasında Rusiya sülhməramlılarının varlığını dəyərdən salmağa yönəldiyini” bildirib.
Moskvada səfərdə olan Ermənistan müdafiə naziri Vaqarşak Harutyunyan rusiyalı vəzifədaşı Sergey Şoyqu ilə Hadrut ətrafında vəziyyəti müzakirə edib.
Şənbə günü axşam qondarma Dağlıq Qarabağ Respublikası (“DQR”) parlamentinin keçmiş deputatı Hayk Xanumyanın çağırışı ilə, Stepanakertdəki (Xankəndidəki) Rusiya sülhməramlılarının bazasının yaxınlığında mitinq keçirilib. Sülhməramlı missiyanın komandiri, general Rüstəm Muradov indi orada deyil, buna görə də, onun müavini mitinqçilərin qarşısına çıxıb – keçmiş deputat zabitin adını açıqlamayıb. “Rus sülhməramlıları vəziyyəti sabitləşdirmək üçün tərəflərlə razılığa gəlib və əvvəlki mövqeləri bərpa etmək üçün danışıqlar aparılır”, – Hayk Xanumyan “Facebook” səhifəsində yazıb.
Azərbaycan hərbçilərinin Ermənistan qoşunlarının uzun müddət öz ərazilərində qalmalarına imkan verəcəyini təsəvvür etmək çətindir. Ancaq Bazar günü saat 16.00 radələrində Rusiya Müdafiə Nazirliyi, Xin Taher kəndi (adı “Hintağlar” kimi yazılıb) və ona gedən yolun Rusiyanın məsuliyyət zonasına daxil olduğu barədə sülhməramlı missiyanın yenilənmiş xəritəsini yayımlayıb.
Dekabrın 11-də Hadrut bölgəsində atəşkəsin pozulması qeydə alınıb. Rus sülhməramlılarının hərəkətləri vəziyyətin daha da gərginləşməsi ehtimalının qarşısını alıb”, – deyə Rusiya hərbçilərinin açıqlamasında bildirilir.
“RF Müdafiə Nazirliyinin xəritəsi bir neçə dəfə dəyişib. Bu dəfə də olacağı istisna deyildi”, – deyən azərbaycanlı politoloq İlqar Vəlizadə “Kommersant”a verdiyi müsahibəsində əlavə edib: “Bu, yeni şərtlərlə müvəqqəti sülhməramlı əməliyyat zonası ola bilər. Qalan erməni əsgərlərini oradan sülhməramlıların çıxarması istisna deyil”.
Ekspert hadisənin özünü “Rusiya sülhməramlıları ilə Azərbaycan hərbçiləri arasında qarşıdurmaya səbəb olmaq məqsədi iləerməni tərəfinin təxribatı” adlandırıb və bunun son olmadığını bildirib.
Bazar günü axşam Nikol Paşinyan parlamentin müxalifət fraksiyaları nümayəndələrinin iştirakı ilə Ermənistan Təhlükəsizlik Şurasının genişləndirilmiş iclasına rəhbərlik edib. Onun sözlərinə görə, “türk xüsusi təyinatlıları”nın iştirakı şübhəsi ilə edilən hücum rus sülhməramlılarının hələ “Hadrut bölgəsinin bu kəndlərində müşahidə məntəqələrini qurmağa vaxtları olmadığı” şəraitdə baş verib. Paşinyan bildirib: “Niyə hücum zamanı sülhməramlılar orada yerləşdirilməyib, – bu, ayrıca müzakirə və təhlil üçün materialdır. Ancaq bu anda ən əsası budur ki, sülhməramlılar əraziyə kifayət qədər böyük qüvvələrlə daxil olublar və bu, Azərbaycan qüvvələrinin daha da irəliləməsini istisna etməlidir”.
Tərcümə: Strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar