Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Rusiyanın postsovet məkanına təsiri sürətlə zəifləyir –MOSKVA BUNU NƏ VAXTADƏK GÖRMƏMƏZLİYƏ VURACAQ?
“Nezavisimaya qazeta”, 16.12.2020
SSRİ-nin dağılmasından sonra böyümüş yeni nəsil, onsuz da, fərqli bir ölçüdə yaşayır və bizim üçün tanınmaz və fərqli ölçülər, kateqoriyalarda düşünür. Dəyişiklik qaçılmazlığının əsas simptomu Belarusdakı vəziyyətdir. Bu respublikada, “kommunal mənzildə”ki bir çox qonşudan fərqli olaraq, anti-rus hissləri və ya dil problemləri heç vaxt qeydə alınmayıb. Əksinə, belaruslar rus dilində danışmağa davam edir, uşaqlarını rus məktəblərində oxutdurur və məmnuniyyətlə Rusiyaya işləməyə gəlir, burada onlarla özününkülər kimi davranırlar. Ancaq Belarus artıq yalnız bir müttəfiqlə məhdudlaşmır, o, Qərbə boylanır və indi belə onlar yad deyillər.
Gənc belaruslar Polşada təhsil alır, Fransa və Almaniyada yaşayır və üfüqü daha da genişləndirmək niyyətindədirlər. Bu, Belarus rəhbərliyi istisna olmaqla, hər kəs üçün maraqlıdır, – rəsmi Minskin hərəkətləri belə görünür.
Yerli mütəxəssislər respublikadakı səlahiyyətlilərlə cəmiyyət arasındakı sosial müqavilənin artıq əbədi olaraq pozulduğuna inanırlar. Etirazçıların lideri Svetlana Tixanovskayanın xarici siyasi fəaliyyəti yavaş-yavaş, lakin şübhəsiz ki, Aleksandr Lukaşenkonun xarici legitimliyini pozur.
Tixanovskayaya indiki hakimiyyətin əleyhdarları lideri adını vermək də səhvdir, o, yalnız yeni seçkilərlə legitimləşdirilə biləcək etiraz hərəkatını təmsil edir. Belarusun iki lideri olduğu və hər ikisi tanınmadığı üçün etirazçı seçicilər ölkədə heç bir MSK-nın öhdəsindən gələ bilməyəcəyi güclərini artırmağa davam edir.
Qərbə boylananlar Belarusdakı növbəti seçkilərdə qalib gələcəklər. Şərq yalnız bununla barışmalı olacaq. Üstəlik, Belaya Rus, onun felinə uyan Lukaşenkonu Moskvanın necə dəstəklədiyini unutmayacaq.
Ancaq Belarus sakit və dinc bir şəkildə Qərbə tərəf dönərsə, kiçik Moldovanın çevrilməsi çox səs-küy vəd edir, çünki rus qoşunlarının Dnestryanı ərazilərdən çıxarılması məsələsi ortaya çıxacaq.
Bu gün məhz Kişineu Kiyev, Buxarest və Moskvanın diqqət mərkəzindədir. Problemin necə həll ediləcəyini söyləmək çətindir. Danışıqlarda iştirak etsələr, Dnestrdə yeni bir qarşıdurma olmayacağını gözləmək olar.
Yeni prezident Mayya Sandu qarşısına bir məqsəd qoyur: Kişineunun müşahidəçi statusu olduğu Avrasiya İqtisadi İttifaqından ölkəsini çıxarmaq. Avropa İttifaqı ilə assosiativ əlaqəli Moldova başqa bir ittifaqa qoşulmaq istəmir. Onun üçün faydalı və maraqlı olan heç kimlə əməkdaşlığı inkişaf etdirməyə qarşı çıxmır.
Ancaq Ukrayna nəinki Rusiyadan uzaqlaşıb, həmçinin, onu təcavüzkar bir ölkə kimi qəbul edib. İkitərəfli münasibətlər tarixində bu səhifəni çevirmək sadəcə mümkün deyil.
Rusiya Ermənistana sarı da qətiyyən baxmır. Coğrafiya və tarix İrəvanın Rusiya Federasiyası ilə köklü münasibətlərinə mane olur. Əks təqdirdə, Ermənistan diasporunun uğurla yaşadığı Qərblə daha yaxından işləyəcəkdi.
Rusiya Federasiyasının bütün qonşuları Qərblə əməkdaşlıq etməyə çalışır. NATO qoşunlarının tezliklə Belarusda yerləşməsi və Dnestryanıda Rusiya əməliyyat qrupunu əvəz etməsi təəccüblü olmaz.
NATO-nun onsuz da Gürcüstanda olduğunu nəzərə alsaq, ittifaq qüvvələrinin Ermənistanda da meydana çıxması istisna edilmir.
Türkiyənin, yəni NATO-nun nümayəndələri Azərbaycanda özlərini sərbəst hiss edirlər.
Rusiyanın aqibəti necə olacaq?
Göründüyü kimi, gözləməməli, yeni qlobal və regional tənliklərə hazırlaşmalı, onlara uyğunlaşmalı və ya öz tənliklərimizi yaratmalı və dəyişmiş vəziyyəti görməməzliyə vurmamalıyıq.
Tərcümə: Strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar