Xəbər lenti
Bu gün, 21:42
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Maksim Artemyev
“Nezavisimaya qazeta”, 24.12.2020
Ermənistanın müharibədə məğlubiyyəti, nəyin bahasına olursa-olsun, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasına başlamaq lazım olub-olmadığı sualından başqa, bir sual da doğurur: niyə bu ölkə yeni İsrail ola bilmədi?
Sualın bu cür qoyuluşunu izah edək. Yəhudilərlə birlikdə, ermənilər ən azı 2700 ildir fasiləsiz tarixi ənənələrə sahib olan zamanımızın ən qədim xalqlarından biridir. Yəhudilər kimi, müxtəlif təlatümlər və əlverişsiz şərtlər üzündən ermənilər ənənəvi yaşayış yerlərindən nisbətən erkən səpələnməyə başlayıb və XVIII əsrdə Hindistandan Venesiyaya və Qalisiyaya yayılmış böyük bir diasporaya doğurublar.
Ermənilər, yəhudilər kimi, həm də ata-baba ərazilərində və dağıldıqları yerlərdə qonşularından Şərq xristianlığının spesifik bir versiyası ilə fərqlənib və milli kimlik dinlə sıx qarışıb. Yəhudilərin “kvadrat” adlanan öz yazı sisteminə sahib olduğu kimi, ermənilər də özünəməxsus əlifbadan istifadə edirlər. Mühacirətdə ermənilər də əsasən ticarət, xidmət və sənətkarlıq sahələrinə sıxışdırılıb.
20-ci əsrin əvvəllərində dövlətçiliyi olmayan, onu əldə etmək perspektivlərini görməyən və ətrafdakı xalqlardan uzunmüddətli zülm görən hər iki xalqın milli şüuru, müavif olaraq, sionist hərəkatın meydana çıxmasında və Türkiyədəki Daşnaksutyun Prtiyasının silahlı mübarizəsində ifadə olunub. Əlbəttə, hər iki etnik qrupda da “Bund” və ya “Hnçak” kimi fərqli hədəfləri olan başqa partiyalar var idi.
Qeyd edək ki, o zaman həm sionistlərin, həm də daşnakların əsas fəaliyyəti Osmanlı İmperiyası ərazisində baş verirdi.
Ermənilər XX əsrdə ilk olaraq, yəhudiəl “soyqırımı”nın qurbanı olub, nəticədə, tarixi yaşayış yerlərinin əsas hissəsi – Qərbi Ermənistan erməni əhalisini itirib. 1918-1921-ci illərdəki mürəkkəb təlaşlar nəticəsində Ermənistan SSRİ-nin tərkibində (daha dəqiq desək, 1936-cı ilədək ZSFSR-in tərkibində) rəsmi dövlətçilik əldə edib. Onun ərazisi 150 min əvəzinə, 30 min kvadrat metrdən az idi. Sevr Sülh Müqaviləsinə əsasən, onun üçün ayrılmış həmin ərazi ona dənizə geniş çıxış təmin etmişdi. Müqayisə üçün: İsrailin BMT-dən iki dəfə az – 14 min kv/km ərazi aldığını qeyd edək. İndi də İsrailin ərazisi Ermənistandan azdır – 22 min kv/km.
Nəzərə alınmalıdır ki, Ermənistana ayrılan ərazi də çoxmillətli idi. Artıq əvvəlki bir məqalədə yazmışdıq ki, İrəvanda və İrəvan vilayətində azərbaycanlılar çoxluq təşkil edirdi. Ancaq Ermənistan SSR-in qurulması ilə intensiv miqrasiya prosesləri başlayıb və bu da sovet hakimiyyətinin sonuna yaxın respublikanın bütün SSRİ-də ən mono-milli hala gəlməsinə səbəb olub. Qarabağ hadisələri başlamazdan əvvəl əhalinin tərkibində ermənilərin payı demək olar ki, 90% idi. İsraildə yəhudilər əhalinin 74%-ini təşkil edir.
Bu, Bakı, Tiflis, Naxçıvan, Qərbi Ermənistandan və s. olan ermənilərin sistematik şəkildə “öz” dövlətinə köçürülməsinin nəticəsi idi. 1945-ci ildən sonra onlara diaspor nümayəndələri qoşulub – Suriyadan, Livandan, Fransadan, əlbəttə ki, daha kiçik miqyasda.
Beləliklə, bugünkü Ermənistan bir çox cəhətdən, İsrail kimi, mühacirət, köçürmə layihəsidir.
İrəvanda bu cür etnik vahidliklə Rusiyadan köçməyən, ancaq prestij və yüksək mədəniyyət dili olaraq evdə ünsiyyət üçün şüurlu şəkildə rus dilini seçən rusdilli erməni ailələr fenomeninin mövcudluğu maraqlıdır. Bununla birlikdə, bu həm də Ermənistanın köçürülmə mədəniyyətindən bəhs edir: ünsiyyəti asanlaşdırmaq üçün dünyanın hər yerindən gələn insanlar imperatorluğun dövlət dilini seçirlər, çünki çoxsaylı erməni ləhcəsi ilə danışanlar bir-birlərini yaxşı başa düşmürlər; biz hələ ermənilər arasında iki ədəbi dilin olmasından bəhs etmirik – Qərbi Ermənistan və Şərqi Ermənistan.
SSRİ-nin dağılmasından və Qarabağ müharibəsinin başlanmasından sonra indi tamamilə müstəqil olan Ermənistan özünü hər mənada İsrailin mövqeyində aşkarlayıb. O ya düşmənlər, ya da dost olmayan qonşular tərəfindən əhatə olunmuşdu; rəsmi olaraq gözləniləndən daha çox ərazi onun nəzarəti altına keçib; bu ilhaq dünya birliyi tərəfindən tanınmayıb; Bakı ilə müharibədə İrəvan 1994-cü ildə əhali baxımından təxminən üç dəfə geri qalan, demək olar ki, heç bir təbii mənbəyə sahib olmayan və nəqliyyat blokadasında olan ölkətək qələbə qazanıb. Həm də Ermənistanın tərəfində Rusiya, Fransa, ABŞ və digər ölkələrdə maddi, təşkilati və təbliğat baxımından kömək edən güclü, mütəşəkkil diaspor var idi.
Ancaq ikinci Qarabağ müharibəsi onun İsrailə tam uyğun gəlmədiyini göstərib. Ərəb ölkələrinin bir-birinin ardınca yəhudi dövlətinin (Təl-Əviv / Qüds üçün yeni bir zəfər) diplomatik tanınması barədə müqavilələr bağladığı günlərdə, Ermənistan fəthlərini itirərək məğlub olub. O, bir anda birinci Qarabağ müharibəsindəki qələbədən sonra mövcud olduğu regional bir super gücdən yalnız qonşularının xoşməramlılığı və aralarında ziddiyyətlərin olması sayəsində indiki sərhədləri içində qalan ikinci dərəcəli bir oyunçuya çevrilib.
Bunun bir çox səbəbi var, başlıcaları sadalayacağıq.
Birincisi, İsraili xüsusi mülkiyyətin, bazar iqtisadiyyatının, ənənəvi əxlaqın qəbul edildiyi “normal” bir cəmiyyətdən çıxmış insanlar qurub. Bəli, ərəblərə münasibətdə bu haqsız bir müstəmləkə layihəsi, ancaq o zaman üçün adi bir praktika idi, Avropa ölkələrinin müstəmləkə imperiyaları fonunda, Fələstinin sionist müstəmləkəçiliyi yolverilməz bir şey olaraq qəbul edilməyib, yerli əhali ilə koordinasiya tələb olunub.
Ermənistan, demək olar ki, əvvəldən, bolşevik layihəsi çərçivəsində meydana gəlib və sovet əyaləti kimi inkişaf edən zehniyyət və əhali keyfiyyəti ilə inkişaf etdi. Buna görə də, tamamilə müstəqil Ermənistana da sovet adamları rəhbərlik edib.
Qeyd etmək lazımdır ki, orada, Baltikyanı ölkələrdən və hətta RSFSR-dən fərqli olaraq, partiya aparatlarına qarşı təqib, KQB agentləri axtarışı, imtiyazlara qarşı kampaniyası olmayıb. Başlanğıcda, 1990-cı ildə hakim siyasi qüvvəyə çevrilən Qarabağ hərəkatı Azərbaycan ərazilərinin ilhaq hərəkatı kimi inkişaf edirdi, siyasi yenidənqurma məsələsi ikinci dərəcəli idi. Ermənistanda “sovet” və “antisovet” arasında intensiv mübarizə yoxudu. Dünənki aparatçılar çox sürətlə qaliblərin tərəfinə keçib və nəticədə, onlara rəhbərlik ediblər. Prezidentlər Robert Köçəryan və Serj Sarkisyan keçmiş komsomol-partiya işçiləridir.
İkincisi, İsraildə milli-dini ideya demokratiya fikrini əzmirdi. Nə Ben Qurion, nə də Veyzmann hakimiyyəti inhisara almağa çalışmayıblar. İsrailin siyasi elitası həmişə rəqabətə icazə verib. Ermənistanda, cümhuriyyətə rəhbərlik edən millətçi qrup əvvəlcə rəqiblərin hakimiyyətə gəlməsinin qarşısını almaq məqsədi daşıyırdı. Hələ 1992-ci ildə, Levon Ter-Petrosyan rejim üçün bir təhlükə olduğunu hiss etdikdə, tarixi Daşnaktsutyun Partiyası qadağan edilib. 1998-ci ildə ölkədə iqtidar çevrilişi baş verib. Ter-Petrosyan istefaya göndərilib və hakimiyyət 20 il boyunca Köçəryan və Sarkisyanın Qarabağ klanına keçib. Hər ikisinin də seçilməsi əslində, rəqabətsiz baş verib və buna görə də, xüsusilə, 2008 və 2013-cü illərdə kütləvi etirazlarla müşayiət olunub. Ölkədə təqlid demokratiyası rejimi inkişaf edib, rəqabətli seçkilərin görünüşü hakimiyyəti formalaşdırmanın qeyri-demokratik və şəffaf olmayan yolunu pərdələyib. Sovet ənənələri Qərb ənənələrini uğurla təqlid edib. İstər birinci, istərsə də ikinci amillər Ermənistanda güclü korrupsiyaya, klanizasiyanın qorunmasına, xarici və müdafiə siyasətinin məqsədləri və vasitələri barədə ciddi müzakirələrin aparılmaması, qərarların mübahisəsiz qəbulunu doğurub. Bütün bunlar uzun illər dövlətin təhlükəsizliyini zəiflədib.
Üçüncüsü, Ermənistan çox sərgüzəşt xarici siyasət yürüdürdü. İsraildən fərqli olaraq, ABŞ kimi, hər vəziyyətdə qoruyacaq və ağuşuna alacaq ciddi bir patronun yoxluğuna buna baxmayaraq, İrəvan Qarabağı və ətrafındakı bölgələri işğal edərək yəhudi dövlətini təqlid edib. Hər mənada bölgənin ən kiçik dövləti olan Ermənistan dörd qonşusundan heç biri ilə, hətta Gürcüstanla dostluq münasibətləri qura bilməyib. Azərbaycan, Türkiyə, İran və Gürcüstan – hər biri öz səbəblərindən – Ermənistanın ya “tarixi torpaqlara”, ya da “soyqırımı” qanun layihələrinə ehtimal olunan iddialarından qorxurdu. Nəticədə, həlledici məqamda İrəvan müttəfiqi olmadan Bakı ilə üz-üzə gəlib, Azərbaycan Türkiyənin hərtərəfli dəstəyini, İranın rəğbətini və Gürcüstanın dost tərəfsizliyini qazanıb. Rusiyanın öhdəlikləri yalnız Ermənistanın həqiqi ərazilərinə şamil edilib və Azərbaycan Moskvanın təpkisindən narahat olmadan döyüş əməliyyatları apara bilib.
Dördüncüsü, 26 ildir ki, Ermənistan bunun sonsuzadək davam edə biləcəyinə inanıb, güzəştə getməkdən imtina edərək siyasi bir həll yolunu uzatmaq kursunu davam etdirib. Bu da onun əsas səhvi idi – Azərbaycan əbədi gözləməyə meylli deyildi. İsrail tələsməmə lüksüna sahib idi, çünki rəqiblərinin cəbhəsi gözü qarşısında dağılırdı. Vahid ərəb koalisiyası çoxdan fəaliyyətini dayandırıb. İsrail ilə razılaşmaq üçün Ənvər Sadat SSRİ ilə, ardınca digər ərəb ölkələri ilə təxminən yarım əsr əvvəl əlaqələrini pozub. İsrailin Körfəz və Məğrib monarxiyaları tərəfindən bu yaxınlarda tanınması bunun təsdiqidir. Əksinə, Bakı-Ankara koalisiyası zaman keçdikcə daha da güclənib. 1994-cü ildə onların hərbi ittifaqlarını təsəvvür etmək mümkün deyildi, bu gün isə reallığa çevrilib.
Beşincisi, İsrailin əhalisi (yəhudi də daxil olmaqla) hər zaman sıçrayışlarla böyüyüb və bu, yalnız yüksək doğum nisbətinə deyil, eyni zamanda, dörd Ərəb-İsrail müharibələri və terrorizm baxmayaraq, həyat üçün olduqca uyğun və etibarlı bir imicə sahib bir ölkəyə köçə görədir. Əksinə, müstəqillik elan edildikdən sonra Ermənistan əhalisi azalırdı. İrəvan əhalisi belə sovet dövrünün miqyasına çatmayıb və ölkənin ikinci və üçüncü şəhərlərinin – Gümrü və Vanadzorun əhalisi 40-50% azalıb. Ermənilər vətənlərini tez tərk ediblər, yəhudilər isə əksinə. Ermənistanda da İsrail ilə müqayisədə aşağı doğum nisbəti var. Bütün bunlar ölkənin Azərbaycanla qarşıdurmada potensialını zəiflədib.
Yeri gəlmişkən, yalnız 30 illik demoqrafiya ilə erməni xəyalının uğursuz olduğu qənaətinə gəlmək olar.
Altıncısı, 30 illik müstəqillik dövründə Ermənistanda iqtisadiyyat bir neçə ciddi böhrandan keçib. 1990-cı illərdə ÜDM-də azalma 60% idi. SSRİ-nin dağılması İttifaq bazarına bağlı olan əksər sənaye müəssisələrinin müflis olmasına gətirib çıxardı, nüvə elektrik stansiyası bir neçə ildir bağlandı. İsrail kənd təsərrüfatından tutmuş İT və hərbi texnikaya qədər müxtəlif sahələrdə ən yeni texnologiyaların istifadəsi və inkişafında lider olsa da, Ermənistan heç vaxt bu sahələrdə öz yerini tuta bilməyib, həm də ermənilərə xas olan sahibkarlıq ənənələri ola-ola. Nəqliyyat blokadası şəraitində olan, təbii sərvətlərdən məhrum ölkə hələ də qeyri-real siyasət yürüdür, Azərbaycan və Türkiyə ilə nəyin bahasına olursa-olsun sülh əldə etməyə çalışmır və bu da onsuz da zəif olan potensialını daha da zəiflədib. İsrailin, Ermənistandan fərqli olaraq, daha rahat bir siyasət yürütmək üçün əllərini azad edən iki dənizə çıxışı var.
Yeddincisi, Ermənistan “soyqırımı”nın tanınması uğrunda ideoloji mübarizədə İsrailə məğlub olub. Müasir Qərbdə Holokostun xatirəsi “vətəndaş dini” kimi bir şeydirsə, Birinci Dünya müharibəsi dövründəki erməni qırğını olduqca acınacaqlı bir tarixi həqiqətdir, vəssalam. Bu, İsrailin nüvə silahına sahib olan əllərini gücləndirir, ona ABŞ və Avropanın qeyd-şərtsiz dəstəyini təmin edir və əksinə, Ermənistanın düşmənlərinə, xüsusən də, özünü günahkar hiss etməyən Türkiyəyə qarşı olmasına yol açmır.
Bütün amillər Ermənistan ordusunun və cəmiyyətinin mənəvi təsirini göstərib. Qarabağdakı ilk müharibədən fərqli olaraq, ölkədə əvvəlki kimi əzmkarlıq yox idi. Fərəarilik və çağırışdan yayınma artıb. Dövlət və ictimai strukturlara olan inamsızlıq vətənpərvərlik hisslərindən daha güclü idi. Erməni cəmiyyətinin, bütövlükdə, ordusunun məğlubiyyəti və faktiki Qarabağın itirilməsi bir həqiqət kimi qəbul etməsi (müqavilələri ləğv etmək üçün çoxsaylı nümayişləri gerçək hərəkətlərdən ayırmaq lazımdır) son 30 ildə Ermənistanda dünyagörüşünün əhəmiyyətli dərəcədə dəyişməsindən xəbər verir.
1947-ci ildən bəri İsrail, işğal olunmuş ərazilərin bir hissəsini geri qaytarmaqla belə, yalnız üstünlüklərini artırıb, Ermənistan, 1994-cü ildən bəri onları vermədən itirib. Yəhudi dövləti hər il öz uğurunu, Ermənistan daha çox uğursuzluğu nümayiş etdirdi. Ermənistanın içərisində və xaricində gözləntilərin əksinə olaraq, Nikol Paşinyanı hakimiyyətə gətirən 2018-ci il “məxməri inqilabı” belə, bu gün olduğu kimi dövləti daha da zəiflədib. Ölkənin yaxın tarixindən dərs ala bilməsi və çətinliklər dövrünü qıra biləcəyi indi yalnız sakinlərindən asılıdır.
Tərcümə: Strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar