Xəbər lenti

 
«Vətən uğrunda» medalı (ölümündən sonra)
«Şuşanın azad olunmasına görə (ölümündən sonra)
təltif olunan şəhid Babayev Babaxan Əlövsət oğlunun 
(Şərur rayon Yuxarı Yaycı kəndi) əziz xatirəsinə.
 
Sinəndəydi Vətən eşqi,
Vətən səni çağıranda.
Qaranlıqdan çıxsın deyə,
Sən şam oldun çırağında.
 
Eyvazxandan enib gəldin,
Qarabağın harayına.
Sən oğluyla qürur duyur,
Anan kimi hər bir ana.
 
Laylasında yatan dağlar,
Qoynunda bir Babaxan var.
Gözü yaşlı utancaq qız,
Arxasınca bir baxan var.
 
Cənnətqayam, Ağzərətim,
Qol açıbdır balasına.
Gözü yaşlı Ağbulağım,
Su səpibdir yarasına.
 
Göydən yağan mərmilərə,
Hər bir əsgər bir çətirdi.
Məzarından şəhid ətri,
Yurdumuza yaz gətirdi.
 
25.12.2020



Ana səhifəyə qayıt        Baxış: 1 518          Tarix: 30-12-2020, 11:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma