Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
“Sanksiyalar ləğv olunmasa, İran fevralın 21-də MAQATE müfəttişlərini ölkədən çıxaracaq”.
Publika.az İran mediasına istinadla xəbər verir ki, bunu İran parlamentinin üzvü Əhməd Əmirabadi deyib.
Əhməd Əmirabadinin sözlərinə görə, sanksiyalar həmin günə qədər götürülməsə, İran bu addımı atmağa məcbur qalacaq: “İran İslam Respublikasına qarşı sanksiyalar fevralın 21-dək xüsusilə maliyyə, bank və neft sektorlarında qaldırılmasa, Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərini ölkədən çıxaracağıq. Üstəlik, İran da “Əlavə Protokol”un könüllü icrasını dayandıracaq. Bu, İran parlamentinin qanunudur və hökumət buna riayət etmək məcburiyyətindədir”.
Əmirabadinin sözlərinə görə, sanksiyalar götürülənə qədər İran öhdəliklərini yerinə yetirmək üçün heç bir səbəb görmür: “Sanksiyaları ləğv etmədən öhdəliklərimizi yerinə yetirmək İran xalqına zərər verir və bu günə qədər İran xalqı zərər görməyə davam edir. Biz amerikalılara bir şans verdik və ABŞ-ın yeni rəhbərliyi 21 yanvarda vəzifəsinə başlayacaq. Fevralın 21-dək qədər sanksiyaların ləğvi üçün tədbirlər görməlidirlər, əks təqdirdə İran İslam Respublikası xalqının maraqlarını qoruyacaq”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar