Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Qətərlə diplomatik əlaqələrini kəsən ərəb ölkələri rəsmi Dohaya 13 maddədən ibarət tələb siyahısı göndərib.
Ovqat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin adından imzalanan sənəddə tələblərin yerinə yetirilməsi üçün Qətərə 10 gün zaman verilib.
Maraqlıdır ki, siyahıda ərəb ölkələrinin maraqları ilə yanaşı, hətta ondan daha çox, ABŞ-ın tələbləri də öz əksini tapıb.
Ultimatumu təqdim edirik:
“1. İranla diplomatik əlaqələri kəs və İrandakı ofislərini bağla. İran İnqilab Keşikçiləri üzvlərini Qətərdən qov! İranla hərbi əməkdaşlığı sona çatdır. İranla ticarətdə ABŞ sanksiyalarına tabe ol.
- “Müsəlman qardaşları”, İŞİD, əl-Qaidə və Livan Hizbullahı kimi 'terrorçu təşkilatlar”la əlaqəni bitir. Rəsmi olaraq bu strukturları terrorist elan et.
- Al Jazeera telekanalını və onunla əlaqəli stansiyaları bağla!
- Arabi21, Rassd, Al Arabiya Al-Jadeed və Middle East Eye da daxil olmaq üzrə birbaşa və ya dolayı yolla Qətər maliyyəsinə bağlı olan media quruluşlarını bağla!
- Türkiyənin Qətərdıki hərbi varlığını dərhal ləğv et! Qətər torpağında Türkiyə hərbi əməkdaşlığı bitir!
- Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Bəhreyn, ABŞ, Kanada və digər ölkələr tərəfindən terrorist olaraq görülən fiziki şəxs, qrup və təşkilatlara hər cür yardımını kəs!
- Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn tərəfindən axtarılan terrorçuları dərhal təslim et, mülkiyyətlərin dondur! Hərəkətləri və maliyyə vəziyyətləri ilə əlaqədar istənilən məlumatları paylaş.
- Başqa ölkələrin daxili işlərinə qarışma! Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn vətəndaşlarına Qətər vətəndaşlığı vermə! Qətər vətəndaşlığı olanların öz ölkələrinin qanunlarını pozuntu etmələri vəziyyətində pasportlarını ləğv et.
- Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyndəki müxalif qruplarla bütün əlaqələri kəs. Qətərin bu qruplarla əvvəlki əlaqələri və bu qruplara təqdim etdiyi dəstəyin bütün sənədlərini təslim et.
- Qətərin siyasəti səbəbiylə son illərdə yaşanan can və mal itkiləri üçün təzminat ödə. Kompensasiya miqdarı daha sonra Katar birlikdə təyin olunacaq.
- Hərbi, siyasi, ictimai və iqtisadi olaraq digər körfəz və ərəb ölkələriylə 2014-cü ildə Səudiyyə Ərəbistanında müəyyənləşdirilən xəttə gəl!
- Tələblər Qətərə çatdırdırıldıqdan sonra 10 gün ərzində qəbul edilməzsə etibarsız sayılacaq. Bu sənəd Qətərin tələbləri qəbul etməməsi vəziyyətində ölkələrin nə edəcəyini açıqlamır.
- Tələblərin qəbulundan sonra ilk il üçün aylıq yoxlamalara razı ol! İkinci ildə hər rübdə, növbəti 10 ildə isə illik yoxlamaları qəbul et!”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar