
Moskvada “Crocus City Oceanarium”un baş direktoru və təsisçisi güllələnib. Ovqat.com Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə dünən səhər baş verib. Rusiya İstintaq Komitəsi məlumatı təsdiqləyib, qətlin bəzi təfərrüatlarını açıqlayıb.
Məlumata görə öldürülən şəxs 52 yaşlı biznesmen Andrey Çernovdur. Qətl avqustun 4-də səhər saatlarında Suvorov parkında törədilib. Naməlum killer biznesmenə 6 dəfə atəş açıb, o, hadisə yerində ölüb. İstintaq qətlin hər hansı mümkün motivini açıqlamır.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən isə TASS-a bildiriblər ki, Çernovu səhər qaçışı zamanı güllələyiblər. Mənbə biznesmenə 6 dəfə yox, 7 dəfə atəş açıldığını bidirib. “Çernovun yaxınlarının və qohumlarının bildirdiyinə görə, onun mövcud biznesi kilə bağlı heç bir problemi yox idi və ya rəqibləri ilə münaqişəsi olmamışdı”-mənbə bildirib.




“Crocus City Oceanarium” 2016-cı ilin sonlarında Araz Ağalarova məxsus “Crocus City” ticarət-əyləncə mərkəzində açılıb. Bu, Ağalarovun biznes aktivlərindən biridir. Ötən il okeanariumun açılışızamanı elan olunub ki, orada 10 minə yaxın dəniz canlısı yaşayır, onlar planetin ən müxtəlif regionlarından gətirilib.




Paylaş: