Xəbər lenti
Dünən, 19:25

Zəiflik və məğlubiyyət hər zaman özüylə bərabər cəhalət və mövhumat gətirir. Mövhumatçılıq artıqca isə millət daha çox qəflət yuxusuba dalır, imperializmin dilsiz-ağızsız köləsinə çevrilir.

Mötəbər bir şəxsdən eşitdiyimə görə, Qarabağ konflikti ilk başladığı zamanlar Azərbaycanın SSRİ Ali Sovetindəki deputatları, başda da hər kəsin tanıdığı məşhur ziyalılardan biri olmaqla, ermənilərə qarşı ən yaxşı mübarizə yolunu cinçilərin hüzuruna gedib, “qurd ağzı bağlamaq” duası yazdırmaqda görürdülər. İnanırdılar ki, bu dua yazıldıqdan sonra erməni deputatları SSRİ parlamentində Azərbaycanın əleyhinə danışmayacaq, Qarabağda qurd quzuyla otlayacaq.

Bakıda və Azərbaycanın digər rayonlarındakı bütün baxıcı və cinçilərin yazdıqları ətək-ətək pitiklər isə bizim hakimiyyəti arxayın salmaqdan başqa bir işə yaramadı, Qarabağ ermənilər tərəfindən işğal olundu, ölkənin siyasi hakimiyyətində təlatümlər yaşandı və indi də davam edən acınacaqlı duruma düşdük.

Maraqlıdır ki, mövhumatçılığa inanmaq müsəlman xalqlar arasında təkcə bizə aid mərəz deyil. Bütün İslam dünyasının bir çox ölkələrində bu cür sapıq inanclar dindaşlarımızı öz əsarətinə alıb və onların çıxılmaz vəziyyətlərini daha da çətinləşdirir.

Türkiyə “şeyx”lərindən birinin öz tərəfdarları arasında yaydığı mövhumatçılığın isə indiyə qədər analoquna rastlanmayıb. Seyr edəcəyiniz videoda şeyx fələstinlilərin İsrail hərbi qüdrətinə qarşı “püfləmək” silahıyla mübarizədən danışır. Onun sözlərinə görə, 50 il bundan əvvəl, dünya hərb tarixinə ən biabırçı məğlubiyyət örnəyi kimi düşən “6 günlük” müharibə  dövründə ərəb şeyxlərindən biri 12 İsrail təyyarəsini bir üfürməklə yox edə bilib. Hətta bu “silah” atom raketlərini, bombalarını belə zərərsizləşdirmək gücünə malikdir.

Bəs, o zaman Pentaqonu heyrətə düşürəcək bu “silaha” malik fələstinlilər niyə “üfürükçü” xocanın hərbi-strateji gücündən faydalanmırlar?

Bu sualın cavabını “üfürükcü” xocanın müdavimlərinə buraxır, biz isə cəhalət fışqıran həmin videonu Ovqat.com oxucularına təqdim edirik. Baxın, faciəmizə gülün!




Ana səhifəyə qayıt        Baxış: 788          Tarix: 24-08-2017, 12:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma