Xəbər lenti

 

   Sevmək

Sevmək - əzabdı.
Nə qədər xoş danışmasa da 
onunla danışmağa cəht etməkdi - 
sevmək. 
Sevmək - 
qırıq stəkandan dodaqının kəsilməsini bilərək 
yenə də onda su içməkdi. 
Sevmək -
yazdığı bir mesajı dəfələrcə oxuyub
nəsə bir yenilik axtarmaqdı. 
Sevmək - 
onun başqasına aid olduğunu bilib, 
yenə də onu ürəyində yaşatmaqdı.
Sevmək - 
sənə aid olmayan hər şeyi arzulamaqdı..

Bir gün...

Bu gün özümdən danışacam - qadın. 
Mən əvvəllər belə deyildim;
çox dəyişdirdilər məni,
məcbur etdilər dəyişilməyə. 
Heç nə əvvəlki kimi deyil artıq.
Gedişinlə 
xoşbəxtliyimi də 
apardın özünlə, 
yarım can qaldım.
Gülə bilmirəm, 
özümü xoşbəxt hiss edə bilmirəm. 
İçimdəki rahatsızlıq var,
bir tərəfim boşalıb sanki,

tənhaların tənhası kimi 
hiss edirəm özümü. 
Hər şey gedişinlə məhv oldu...
Sənsizliyi qəbul etmək mümkünsüz.
İkimizi də məhv etdilər. 
Bizi bizdən aldılar. 
Dəyişərik;
qovuşarıq bir gün əlbət.

Zəng edə bilərsən

Saat neçə olursa olsun zəng edə bilərsən. 
Amma əvvəlki kimi açıb "ay can" deməyəcəm.
İstəsən mesaj da yaza bilərsən. 
Cavab yazmayacam. 
Susmaq haqqımdan istifadə edəcəm. 
Qorxma - 
əvvəlki qədər sərt deyiləm artıq, 
qarşıma çıxa bilərsən...
Ağlaya bilərsən,
bunu 
mənim
sənin
üzündən
olan
həyata 
küskünlüyümə 
sayarsan..
Ən yaxşısı sən otur 
ağla, 
düşün, 
siqaret çək,
iç,
üzül...
Mənsə... 
Məni boş ver...

Qadın

Qadının sadəcə əlindən tutub 
"hər şey çox gözəl olacaq, 
olmasa belə mən yanında olacam"
deyən birinə ehtiyyacı vardı...

Gecələri yatmadan

Gecələri yatmadan 
barmaqları siqaretə sarılan
və 
sabah oyandığında
ilk işi ac qarına siqaret çəkən
qadınlar tanıdım mən. 
Bilirsiz kimsəsiz olan 
qadınlar
siqaretə aşiqdi.
Yanmağı gözə alaraq sevmişdi 
onu sevməyən adamı. 
Sonunda kül olacağını bilərək sevmişdi...

2014-cü ildə yazdığım şeir.

Köhnə profilimdə tapdım. Vaqif Səmədoğlunun

mənə verdiyi mövzuya əsasən yazmışdım.

Gecəni gözləyirəm
zəncirə vurulmuş arzuların çoxluğunda
it- bat olmaq, 
yoxluğunda sənlə var olmaq üçün. 
Dəmli çayı masama qoyub 
sən varmış kimi söhbət etmək, 
ürəkdən gülmək üçün. 
Gecəni gözləyirəm
içib- içib
varlığında yoxluğuna qarışmaq üçün.
Çəkdiyim hər siqaret tüstüsünü ciyərlərimə alıb, 
səni azad edirəmmiş kimi hiss edirəm.
Yoxluğunda qara geyindi arzularım.
Edam etdim özümü hilalın işığında. 
Gözlərimi yumdum,
əbədi vida etdim sənə.
Sənin yaşadığın, 
mənimsə öldüyüm dünyaya.




Ana səhifəyə qayıt        Baxış: 1 505          Tarix: 3-09-2017, 10:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma