Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
Maarif Soltan 1956-cı il aprelin 10-da İsmayıllı rayoununun Brovdal kəndində müəllim ailəsində doğulmuşdur. Moskvada A.M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil almış, yazıçıların Şüvəlandakı yaradıcılıq evində təlimatçı işləmişdir.
Hazırda "Qobustan" incəsənət toplusununda baş redaktor müavinidir. Eləcə də, çağdaş şairlərin əsərlərindən ibarət olan illik "Poeziya Günü" toplusunun tərtibçisi və redaktorudur.İlk şeirləri 1973-cü ildə İsmayıllı rayonunun "Zəhmətkeş" qəzetində çap olunsa da, ciddi yaradıcılıqla 1976-cı ildən məşğuldur. Respublika və keçmiş ümumittifaq mətbuatında müntəzəm çıxış edir. Şeirləri qardaş xalqların dillərinə tərcümə olunmuşdur. Bir sıra yaradıcılıq seminar-müşavirələri və beynəlxalq ədəbi tədbirlərinin iştirakçısıdır. Ədəbi mükaatlara layiq görülüb. Müasir rus şairlərindən bədii tərcümələr etmişdir.

Maarif Soltanın yeni şeirlərini Ovqat.com-un oxucularına təqdim edirik.
SənSİZLİK
Bu mavilikdə dəniz,
bu boyda dəniz
yetim, kimsəsiz...
Bombozdu sənsiz,
bomboşdu sənsiz...
Min mil uzaqlardan
duyursanmı,
hiss edirsənmi
necə çalxalanır,
necə vurnuxur ?
Min il uzaqlardan
görürəm səni...
Sən necə
bomboş sahildə
görürsənmi məni?
***
Nəfəsindən ayırıb
bir az meh göndər-
sənsiz alışan ruhumu sərinlətməyə.
Gözyaşlarından
bir az şeh göndər-
adının yandırdığı
suluqlamış dodaqlarıma sürtüb
səni soraqlaya-soraqlaya
ardınca getməyə.
Təbəssümündən
bir az ümid göndər,
əlimi uzadıb sənə yetməyə...
Bunları qıymasan,
qollarından
bir az taqət göndər-
intihar etməyə...
***
Səni çəkirəm...
Üzünü oxşadıram,
Gözünü oxşadıram,
Özünü oxşadıram.
Əlini-ayağını,
Alışan yanağını,
Od vuran dodağını,
Qaşını oxşadıram.
Yaşını oxşadıram...
Həsrətini çəkirəm...
Səni çəkirəm...
Qəlbini çəkirəm...
Qəlbindəki mənsizliyi,
Həyatımdakı sənsizliyi çəkirəm...
Öxşada bilirəmmi?..
Bu mavilikdə dəniz,
bu boyda dəniz
yetim, kimsəsiz...
Bombozdu sənsiz,
bomboşdu sənsiz...
Min mil uzaqlardan
duyursanmı,
hiss edirsənmi
necə çalxalanır,
necə vurnuxur ?
Min il uzaqlardan
görürəm səni...
Sən necə
bomboş sahildə
görürsənmi məni?
***
Nəfəsindən ayırıb
bir az meh göndər-
sənsiz alışan ruhumu sərinlətməyə.
Gözyaşlarından
bir az şeh göndər-
adının yandırdığı
suluqlamış dodaqlarıma sürtüb
səni soraqlaya-soraqlaya
ardınca getməyə.
Təbəssümündən
bir az ümid göndər,
əlimi uzadıb sənə yetməyə...
Bunları qıymasan,
qollarından
bir az taqət göndər-
intihar etməyə...
***
Səni çəkirəm...
Üzünü oxşadıram,
Gözünü oxşadıram,
Özünü oxşadıram.
Əlini-ayağını,
Alışan yanağını,
Od vuran dodağını,
Qaşını oxşadıram.
Yaşını oxşadıram...
Həsrətini çəkirəm...
Səni çəkirəm...
Qəlbini çəkirəm...
Qəlbindəki mənsizliyi,
Həyatımdakı sənsizliyi çəkirəm...
Öxşada bilirəmmi?..
QİSMƏT
... Mənsə o qismətin düşüb ardına
Qaçaram, qaçaram çata bilmərəm.
Uçaram, uçaram tuta bilmərəm.
Tutaram, sürüşüb çıxar əlimdən.
Beləcə qovhaqov, qaça-qaç düşər...
Ayların, illərin içindən keçib,
Özümü kol-kosa, dağ-daşa vurub,
Büdrəyib, yıxılıb, qanayıb, durub
Gedib görərəm –
Başqa birisinin ovcuna qonub,
Gedib bir özgənin qisməti olub.
Bir az doluxsunub, kövrəlib bir az
Deyərəm: - A qardaş, belə yaramaz,
A mənim qismətim, a mənim payım,
A mənim halalım, hara qaçırsan?
Sən mənim əlimdən niyə uçursan?
Səni gözləmişəm mən illər boyu,
-Ya qismət, -demşəm,- Ya baxt! - demişəm,
Harda olsa gələr bir vaxt - demişəm.
Mən ki, qismətimdən bir gilə artıq
Özgə tikəsinə göz dikməmişəm.
Sonra da yorulub, lap əldən düşüb,
Sərilib qalaram bir səringahda.
Gözümü dikərəm uzaq yollara,
Çevrilib göylərə baxaram gah da...
***
Dərdimi kimə deyim,
Dünya dolu adamdır.
Rəsul Rza
Dörd yanım adamdı mənim –
Hərənin öz xasiyyəti,
Hərəsinin öz niyyəti.
Dörd yanım adamdı mənim...
Neyləyim – bilə bilmirəm.
Kimə ağız açım,
Kimə söykənim,
Kimə dayaq olum – bilə bilmirəm.
Dörd yanım adamdı mənim...
Dörd yanım adamdı mənim,
Hamının ağzı, qulağı.
Hamının yüz umacağı.
Hərənin öz kömək əli,
Hərənin öz badalağı.
Biri mənə əl qaldırır –
Bilirəm ki, vuran deyil.
Biri dilə tutur məni –
Avazı xoşdur, amma gəl,
Oxuduğu Quran deyil.
Nağıl danışma, qardaşım,
Bu dünyanın nağılları
Yalandı, qardaşım, yalan.
Bayatı söylə bir deyim.
Bu dünyada ağac çoxdur,
Qardaş, hansına pir deyim?
Dörd yanım adamdı mənim...
***
Havalar soyuyur...
Yaman üşüyürəm səndən ötəri...
Havalar soyuyub –
Sənsiz keçinmək olmur.
Yazmaq istəyirəm həzrətimizdən
Sözlərim dönüb – yazmaq olmur.
Sığınıb xatirəyə qızınmaq olmur...
Havalar soyuyub –
Sənsiz keçinmək olmur!
Hələ gözləyim ki, nə vaxt yaz gələ,
Nə vaxt sən gələsən – istilər düşə--
Dözmək olmur!

SƏNƏ MƏKTUB
O gecə taksi də tapa bilmədik,
Düşdük küçələrə payi-piyada.
Büründük bir dünya qayğısızlığa,
Sonra heç taksi də düşmədi yada.
Sonra bir dəlisov yağış başladı...
Yadındadırmı?
Sonra bir ilahi baxış başladı...
Sonra o ilahi baxış altda sən
Yumub gözlərini sığındın mənə.
Yumulu gözlərlə dünyaya baxdın,
Yumulu ğözlərlə dünya necəydi?
O nə sayaq gecəydi...
O nə qısa gecəydi, o nə oyaq gecəydi...
O nə xumar geçəydi...
O nə rahat gecəydi, o nə hamar gecəydi...
O gecə növbətci polis də,
O gecə yağış da, göylər də, yer də
Necə kövrək idi, ilahi idi...
İlahi, -deyirdim,- məndə baxta bax!
Qalxıb oturduğum sən bu taxta bax!
Sənsə titrəyirdin bir yarpaq təki...
Unudub hər şeyi hey deyirdin ki...
... Bax, elə o vaxtdan düşüb o taxtdan
Payi-piyadayam bu yollarda mən...
Bax, elə o vaxtdan, elə o vaxtdan
Hər gecə üstümə yağışlar yağır-
Yarpaqqarışıq...
Hər gecə yuxumda şimşəklər çaxır-
Diksinib yuxudan baxıb görürəm,
Yenə uzaqlaşır məndən bir işıq...
Bədənim yamyaşdır – su içindəyəm,
Alışıb yanıram – od içindəyəm...
Artıq min ildir ki, islanıram mən –
O yağış altda.
O yağış o odu söndürə bilmir...
Xəbərin varmı?!

XATİRƏLƏRİN XƏZƏLİ
ELÇUN İSGƏNDƏRZADƏYƏ
Ən kədərlisi sevginin payızında xatirələrin tökümüdü...
Sarı rəngdə olmur xatirələrin xəzəli, qan rəngində olur,
Xışıldamır ayaq altda, inləyir.
İllah da vaxtsız düşən xəzəl ola,
İllah da tökülən yarpaqlar gözəl ola.
O payız hansı yaşdan sonra başlayır? – soruşursan.
O payız yaşa baxmır, Professor.
Daha döğrusu, yaş o payıza baxmır, hacan gəldi vurur özünü payıza.
Məsələn, 18 yaşlı sevgidən xəbərsiz
bir gənci də yaxalaya bilər o payız,
təcrübəli professoru da,
çeşid-çeşid sevgilər görüb
sevginin nə olduğunu bilməyən təcrübəsiz şairi də.
Professorlar ağıllı olduqları üçün
bəlkə də belə şeyləri bilməzlər, Professor.
Bəlkə də bilib təhlükədən yan keçərlər.
Çeşid-çeşid sevgilərin amansız dərslərindən
dərs almamış şairlərsə bunu bilməz,
bilsələr də bilə-bilə vurarlar özlərini payızın oduna.
Yetmək üçün xəyallarındakı qadına.
Professor olduğunçün sən bilməzsən bəlkə də, Professor,
ən təhlükəlisi şairlərin sevgisinin payızıdır –
bunun çarəsi yoxdur artıq, bundan qurtulmaq mümkünsüz.
Nə yan otaqda şirin-şirin uyumuş
dünyadan xəbərsiz qadının xilas edə bilər səni,
nə ayıq və oyaq hər mətləbdən duyuq nəvələrin.
Sənin bəlkə də qorxun yoxdur, qardaş,
Səninki əlli əlliyədir.
Sənin Professorun məhv olmağa qoymaz Şairini.
Hər halda xəbərdar etdim,
Hər halda bil ki,

KLASSİKLƏRƏ BƏNZƏTMƏ
Səni sevmək – dəryaların o üzündə sənə çatmaq kimidir,
Üzüb keçməyin mümkünsüzlüyünü bilə-bilə.
Sənə catmaq məqsəd deyil,
Məqsəd səni sevməkdir.
Məcnun da belə sevdi leylasınl.
Belə yaratdı öz Leylalı, öz Leylasız dünyasını,
Belə oturdu öz vayına, belə qurdu öz yasını.
Səni sevmək sənin uğrunda məhv olmaqdır,
Eşq yolunda şəhid olmaqdır - səni sevmək.
Gəl yandırma olan-qalan imanını,
Sənə qurban, qəbul eylə qurbanını.

XOŞ GÖRDÜK
Darıxmışdım...
Şirin bir yorğunluqla qayıtdım sənə.
Xoş gördük,
xoş gördük dönə-dönə.
Dodaqlarım yuxulu,
əllərim mürgülü...
Köksümdəki həsrət qoxulu
pardaxlanmış al-qırmızı Qızılgülü
həsrət sazağından keçirib sənə gətirdim yenə.
Sənsiz yaşamağın mümkünsüzlüyünü
bir daha anladım.
Səni yalqız qoyduğumçün
o ki var özümü danladım.

MƏN SƏNƏ OXŞAYIRAM
Böyük şairimiz Musa Yaquba ithaf edirəm.
Mən sənə oxşayıram, Girdiman çayı, mən sənə oxşayıram...
Sən də bir az mənim kimisən elə.
Hər ikimiz Babadağın ucalığından başladıq,
Müqəddəs yerlərdən baş aldıq,
Axıb gəldik enişlərə, düzlərə,
Gecələrə, gündüzlərə.
Dumduru, tərtəmiz gəldik dünyaya,
Burula-burula axdıq, bulana-bulana axdıq...
Burulduq o səbəbdən ki,
Yolumuzda elə daş-qayalara rast gəldik,
Gördük, keçə bilmirik, gördük,yıxa bilmirik,
baş qoşmadlq, qal öz yerində - dedik,
Astaca böyründən burulub getdik.
Bulandıq o səbəbdən ki,
O qədər çirkab dolu bulanıq dərələr, arxlar qoşuldu bizə...
Amma şükür, saxlamadıq özümüzdə - tulladıq qırağa,
Yenə başladıq dumduru axmağa...
Mən sənə oxşayıram, Girdimanım mənim, mən sənə oxşayıram...
Həzinlikdə, kövrəklikdə, təmizlikdə...
Yaşaya bilirik hələ ki, içimizdə xəbisliyi, paxıllığı boğub.
Bizi bir ata əkib bəlkə də, bir ana doğub.
Həzin nəğmələr oxuyaraq asta-asta, usta-usta axıb gedirik...
Mən sənə oxşayıram, Girdimanım mənim,
Özümüzdən çıxmağımız, qayalar yıxmağımız var arada,
Daşmağımız, coşmağımız var arada.
Amma tez də ram oluruq,
Yenə də aram oluruq.
Mən sənə oxşayıram, Girdimanım mənim, mən sənə oxşayıram...
Sən axa-axa
tarlaya,əkinə, bağa, bostana paylandın,
Mən bilə-bilə, baxa-baxa -
ailəyə, oğul-uşağa, tanışa, dosta.
Paylandıq doğmaya, yada.
Nə sən çata bildin ümmanlara, nə də mən...
Amma tükənmədik, itmədik bu dünyada.
Yenə də əmməkdəyik döşündən Babadağın,
Yenə qaynamaqdayıq gözündən min bulağın.
Yenə də axmaqdayıq, yenə ardımız gəlir,
Yenə dadımız gəlir, yenə adımız gəlir,
Yenə suyumuz gəlir, yenə soyumuz gəlir.

SON EŞQ HEKAYƏSİ
Röyalarda gördüyüm eşq hekayələri bitdi.
Sən başlayandan sonra.
Sən mənim ən təzə, ən son və sonuncu
Eşq hekayəmsən.
Yaşlı ağacların yamyaşıl şüvül pöhrəsinə bənzərsən,
Boy verib böyüməkdəsən.
Solmağa qoymaram səni.
Havaya, suya, günəşə
tamarzı olmağa qoymaram səni.
Sənə layiq nə varsa, sənin olsun,
Vitrindəki geyimlərdən tutmüş səmadakı ulduzlara qədər.
Sən mənim son ümidimsən, itməyə qoymaram səni.
Sən mənim son inamımsan, inamsız qoymaram səni.
Sən mənim son gümanımsan, getməyə qoymaram səni.
Son eşq hekayəmsən, bitməyə qoymaram səni.
Hər səhər yeni abzasdan başlaram,
Nöqtə qoyulacaq yerlərə vergül qoyaram,
Sətirlər arasında bir dəstə gül qoyaram.
Hər gün yeni iştahla,
Hər gün yeni həvəslə,
Hər gün yeni ümidlə,
Hər gün yeni nəfəslə
Başlayıram yazmağa səni gözəl tale tək.
Mübarəksən, mübarəksən, mübarək!

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar