Xəbər lenti

 

Myanma adlı bir ölkə var. İlahi ədalətin gözündən uzaq düşən bu ölkədə buddistlər müsəlmanları qırır. Soyqırım həddinə yüksələn fəlakətin hər iki tərəfi-məzlum müsəlmanlarla zalım buddist kahinlər bəlkə də xəbərsizdirlər ki, onları ortaq bəxtəvərlik birləşdirir-Çeçenistan rəhbəri Ramazan Kadırovun əlində nüvə silahının olmaması.

Şayət, Putin öz dostu olan bu adama minlərlə nüvə silahlarından birini versəydi, yəqin ki, Arakanda qətliam problemi birdəfəlik öz həllini tapardı. Nədən ki, bu ehtimalda nə Arakan müsəlmanları qalardı, nə  də Myanma buddistləri.

Hər halda, Ramazan Kadırovun etiraflarından belə çıxır. Çeçen lideri Myanma kahinlərinin Arakan müsəlmanlarına qarşı həyata keçirdikləri soyqırım siyasətini tənqid edərkən bildirib: "Mənim nüvə silahım olsaydım, onları Myanmanın Rohingya şəhərində müsəlmanlara qarşı bu dəhşətli cinayət törədənlərə qarşı istifadə edərdim".

Nüvə silahlarının kim tərəfindən atılmasından asılı olmayaraq, düşdüyü yerdə müsəlman, buddist tanımadığını nəzərə alsaq, Kadırovun bu addımından sonra bəlkə də Myanmanın özü də xəritədən silinərdi.

Bu yerdə ataların məşhur kəlamı yada düşür: “Allah dəvəyə qanad versəydi...”




Ana səhifəyə qayıt        Baxış: 3 429          Tarix: 7-09-2017, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma