Xəbər lenti
 
Sən demə, hamiləykən hamilə qalmaq da mümkün imiş. İngiltərədə Jolene Broad adlı bir qadın olduqca nadir görülən bu ikiqat hamiləliyi yaşayanlardandır.
Ovqat.com BBC-yə istinadən xəbər verir ki, Jolene xanım əvvəl əkiz uşağa hamiləymiş. Bir müddət sonra o, yenidən hamilə qalaraq, üçəm dünyaya gətirib.
Tibb elmində “superfetasiya” olaraq bilinən bu hamiləlik iki həftə ilə bir ay arasındakı hamilələrdə baş verə bilər. İnsanlar arasında olduqca nadir görülən “superfetasiya” hadisəsinə son 100 ildə cəmi 6 dəfə rast gəlinib.
Ginekologiya professoru Simon Fişelin fikrincə, məntiqlə, bunun olmaması lazımdır, amma olur: “İlk belə hadisə 1865-ci ildə qeydə alınıb. O vaxtdan bəri ara-sıra da olsa,  superfetasiya ilə qarşılaşırıq”.
İkiqat hamiləlik daha çox gəmiricilər, dovşan və qoyun kimi heyvanlar arasında görülür.



Ana səhifəyə qayıt        Baxış: 1 283          Tarix: 24-04-2017, 21:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma