Xəbər lenti

  

“Bizim nümayəndələrimiz getmişdilər Myanmaya, elə şeylər danışırlar ki, adamın yuxusu gözündən qaçır. Qadınları öldürürlər, uşaqları öldürürlər, qoca-cavan kişiləri öldürürlər. Malların qarət edirlər. Kim bacarır canını götürüb qaçır. Budur bunların beynəlxalq hüququ”.

Ovqat.com xəbər verir ki, bu sözləri İranın dini lideri Ayətullah Seyid Əli Xamenei Myanma hadisələrindən bəhs edərkən deyib.

Dini lider Myanma hadisələrinə laqeyd yanaşan beynəlxalq hüququ əxlaqdan uzaq anlayış adlandırıb:

“O beynəlxalq hüquq ki, əxlaqla, insanlıqla, mənəviyyatla, Allahla əlaqəsi yoxdur. Minlərlə müsəlman qətlə yetirilir, amma yalançı hüquq carçıları ağızlarını açmırlar. Heyvanlar üçün ürəyi yananlar özlərinə aid olanlara bir şey olsa onu yüz dəfə böyüdərlər. Amma burda minlərlə günahsız, müdafiəsiz insanların qətliamına susurlar”




Ana səhifəyə qayıt        Baxış: 883          Tarix: 7-09-2017, 23:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma