Xəbər lenti

”Bank Respublika” ASC Dövlət Gömrük Komitəsi və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyini məhkəməyə verib.

“Report”un məlumatına görə, bank pul tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edib.

Məhkəmə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina barədə qərardad çıxarıb. Qərardaddan narazı qalan ”Bank Respublika” apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin çıxardığı qərardadı dəyişdirmədən saxlayıb.




Ana səhifəyə qayıt        Baxış: 886          Tarix: 22-09-2017, 13:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma