Xəbər lenti

“Xidmət” fərdi müəssisəsi Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

“Report”un məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən müəssisə iddiaçının hüquqlarının həyata keçirilməsinə edilən müdaxilələr və fəaliyyətinin məhdudlaşdırılmasına yönələn hərəkətlərin qanunsuz sayılması və onların qadağan edilməsi və s. barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin etməyib. Qərardan narazı qalan “Xidmət” fərdi müəssisəsi apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

 




Ana səhifəyə qayıt        Baxış: 1 038          Tarix: 19-06-2017, 11:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma