Xəbər lenti

Bakının Nizami rayonunda Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospekti arasında yerləşən yolun bir hissəsi çöküb.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yolun çökməsinə səbəb yerin altından keçən kanalizasiya xəttinin partlaması olub.

Səhər saatlarında baş verən çökmə prosesi hələ də davam edir.

Ərazidə nəqliyyatın gediş-gəlişi tamamilə məhdudlaşdırılıb.

Hazırda "Azərsu" ASC-nin əməkdaşları hadisə yerindədirlər.

Qeyd edək ki, çökən yol “Azəravtoyol” ASC tərəfindən çəkilib.




Ana səhifəyə qayıt        Baxış: 476          Tarix: 4-10-2017, 14:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma