Xəbər lenti

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 3-də saat 11 radələrində Şamaxı rayonunun Pirbəhli kəndinin dağlıq ərazisində Rusiya Federasiyası vətəndaşları olan turistlər - Yuriy Sıvarnik və Olqa Juravlyova havanın yağışlı olması və dağ yolunun yararsız hala düşməsi ilə əlaqədar idarə etdikləri “Nissan Patrol” markalı avtomobildə köməksiz vəziyyətdə qalıblar.

Şamaxı RPŞ və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən dağlıq ərazidə onların yeri müəyyən edilərək xilas ediliblər və Bakı şəhərinə yola salınıblar.

***

Şamaxıda köməksiz vəziyyətdə qalan əcnəbilər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, oktyabrın 3-də Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında 2 nəfər Rusiya Federasiyası vətəndaşının çətin keçilən dağlıq ərazidə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Dövlət Dəniz Administrasiyasından məlumat daxil olub.

Nazirliyin gördüyü operativ və təxirəsalınmaz tədbirlər çərçivəsində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən əməliyyat şəraiti öyrənilib, əməliyyat məlumatlarının və xilasetmə qüvvələrinin çevik idarə edilməsi həyata keçirilib, Mülki müdafiə qoşunlarının canlı qüvvəsi və texnikası və Aviasiya dəstəsinin "Ka-32A" helikopteri turistlərin axtarışlarına cəlb edilib.

Axtarış-xilasetmə əməliyyatı nəticəsində turistlərin yeri müəyyənləşdirilib, onların olduğu "Nissan" markalı avtomobil yedəyə alınaraq Şamaxı şəhərinə gətirilib.

Bundan başqa, həmin ərazidə "UAZ" markalı avtomobillə yolda qalmış 3 nəfər yerli sakinə də müvafiq köməklik göstərilib. Əməliyyat oktyabrın 3-də saat 19:10-da başa çatıb.




Ana səhifəyə qayıt        Baxış: 642          Tarix: 4-10-2017, 15:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma