Xəbər lenti

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam etdirib.

ANAMA-dan "Report"a verilən məlumta görə, oktyabrn 13-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi ərazisində 2 ferma ərazisinə, 2 əkin sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 164 ədəd partlamamış hərbi sursat (PHS), 60 ədəd partlamış-yanmış mərmi qalıqları və 2 018 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 670 500 kv.m (67.05 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 42 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 13 ferma ərazisinə, 40 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 12 035 ədəd partlamamış hərbi sursat (PHS), 5 030 ədəd partlamış-yanmış sursat qalıqları və 34 143 kq yandırma məhsulu aşkar edilərək götürülmüş, nəticə etibarilə 46 088 828 kv.m (4 609 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.




Ana səhifəyə qayıt        Baxış: 648          Tarix: 14-10-2017, 11:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma