Xəbər lenti

 

Biləsuvar rayonunda yol qəzası baş verib. 

Ovqat.com bildirir ki, report-un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Qəza zamanı biri azyaşlı olmaqla, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 




Ana səhifəyə qayıt        Baxış: 767          Tarix: 17-10-2017, 18:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma