Xəbər lenti

 

Salyanda ağır yol qəzası zamanı ölən 4 qadının hamısının şəxsiyyəti məlum olub.

Ovqat.com "Report"a istinadən bildirir ki, bunlar soyadları və təvəllüdləri hələ ki, məlum olmayan Vəfa, Gilas, Arzu və Sevincdir. Onların meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan şöbəsinə təhvil verilib

22:04

Xəsarət alanlardan iki nəfərin kimliyi bəlli olub. 

Ovqat.com APA-ya istinadən xəbər verir ki, Salyan xəstəxanasına yerləşdirilən yaralılar "Mercedes"in sərnişini  Cəlilabad sakini 1990-cı il təvəllüdlü Əzimov Fərid Habil oğlu və "VAZ 2106" markalı avtomobilin sərnişini Sabirabad sakini 27 yaşlı Hüseynov Babək Xanəhməd oğludur. 

* * *

Yeni inşa olunan Ələt-Astara avtomobil yolunda  "Mercedes" və "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.  

Məlumata görə, hadisə yeni inşa olunan magıstral yolun istismara verilməyən hissəsində baş verib.  

Hadisənin təfərrüatları, ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir. 

21:47

Biləsuvar rayonunda mikroavtobusun aşması nəticəsində 22 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ovqat.com "Report"a istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Fəhlələr pambıq yığımından qayıdırlarmış.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 711          Tarix: 19-09-2017, 23:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma