Xəbər lenti

 Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 29-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1291 qəlpə, 3 partlamamış hərbi sursat (2 ədəd 23 millimetrlik zenit top mərmisi “OFZT” və 1 ədəd 70 millimetrlik tank əleyhinə idarə olunmayan “PQ-7VM” raketi) aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 45 min 830 kvadratmetr ərazi yoxlanılıb.

Ovqat.com AZƏRTAC-a istinadən xəbər verir ki, ki, 71 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Otuz altı partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 2 milyon 460 min 360 kvadratmetr ərazi yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 29-dək 5142 partlamamış hərbi sursat, tank əleyhinə 108 mina və piyada əleyhinə 12 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 519 min 564 kvadratmetr ərazi yoxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 723          Tarix: 29-04-2017, 21:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma