Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 17-20, Bakıda gecə 12-14, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında noyabrın 1-də bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 17-22, dağlarda gecə 2-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Noyabrın 1-2-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi fonunda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Paylaş: