Xəbər lenti

 

Ağstafa-Köçəsgər avtomobil yolu yenidən qurulur. Bu avtomobil yolu ilə xüsusən payız-qış aylarında hərəkətdə müəyyən çətinliklər yaranırdı. Çünki uzun müddət əsaslı şəkildə təmir olunmayan yolda dağılmış və qabarmış hissələr yaranmışdır. Bu, "Azəravtoyol" ASC-dən Ovqat.com-a daxil olan məlumatda qeyd edilib.

Layihə çərçivəsində torpaq işləri görülüb, yeni yol yatağı inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri aparılır.

"Bu işlərə paralel olaraq hazır olan hissələrin asfaltlanması işləri də görülür. Uzunluğu 15,5 km, eni 12 m olan və III texniki dərəcəyə uyğun tikilən avtomobil yolunun hazırda 6 km-lik hissəsinə asfalt-beton örtüyünün ilk qatı da salınıb. Ümumilikdə isə yolun 100 kv. m-dən çox ərazisinə ikiqat olmaqla 12 sm qalınlığında asfalt-beton örtük döşənəcək. Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı və hərəkət hissəsinin eni 7 m olan yolun yatağının eni 12 m təşkil edir. Bura 2,5 m enində çiyinlər də daxildir. Görülən işlər tam olaraq yekunlaşdıqdan sonra yola 62 ədəd yol nişanları və məlumatverici lövhələr, 18 ədəd müxtəlif diametrli suötürücü borular quraşdırılacaq, 46 500 m uzunluğunda yolcizgi və yol göstərici xətlər çəkiləcək", - deyə məlumatda qeyd edilib.




Ana səhifəyə qayıt        Baxış: 789          Tarix: 2-05-2017, 11:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma