Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun bir qrup alimi uzun araşdırmalardan sonra yeni növ gübrə əldə ediblər.
Aparılan tədqiqatlardan sonra məlum olub ki, faydalı qazıntı və sənaye tullantılarından səmərəli istifadə etməklə də gübrə əldə etmək mümkündür. Artıq bu araşdırmanı beynəlxalq elm adamları da təsdiqləyərək patenti alınıb.
Araşdırmaçı alim Mirəli Alosmanov deyir ki, sənaye tullantılarından əldə edilən gübrə dünya təcrübəsində də bir ilk olaraq qeydə alınıb. Hazırda gübrənin yerli təsərüffatda effektiv istifadəsi üçün yoxlamalar aparılır.
Gübrənin istehsalı üçün lazım olan sənaye tullantıları isə ölkəmizdə kifayət qədərdir. Həmçinin yeni metodla istehsal ediləcək gübrə ekoloji cəhətdən də təmiz hesab edilir.
Hazırda gübrə Yüksək Texnologiyalar Parkında testdən keçirilməyə hazırlanır. Yaxın zamanlarda xaricə ixrac edilməsi də nəzərdə tutulur.\\ Xezerxeber.az
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Paylaş: