Türkiyədə təhsil almış tələbələrlə noyabrın 18-də görüş keçirilib.
Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iştirak ediblər.
Azərbaycan-Türkiyə əlaqələrindən danışan Hafiz Paşayev bu münasibətlərin coğrafiyasının çox geniş olduğunu vurğulayıb. Bildirib ki, təhsil sahəsi bu əlaqələrdə əsas yerlərdən birini tutur. Belə ki, Türkiyədə təhsil alıb qayıdan tələbələr ölkəmizdə müxtəlif sahələrdə çalışırlar. Bu tələbələr arasında öz sahəsində böyük uğurlar qazanan çox sayda insanlar var.
Ceyhun Bayramov Azərbaycanda təhsil sistemində qazanılan nailiyyətlərdən danışıb. O deyib ki, bu gün Azərbaycanda təhsil Avropa standartlarına cavab verir. Nazir müavini türkiyəli şagirdləri ölkəmizdə ali təhsil almağa dəvət edib.\\AZƏRTAC
Paylaş: