Xəbər lenti

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, noyabrın 23-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 183 ədəd partlamamış hərbi sursat (PHS), 165 ədəd partlamış-yanmış mərmi qalıqları və 326 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 534 500 kv.m (53.45 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 78 gün ərzində 19 774 ədəd partlamamış hərbi sursat (PHS), 9 316 ədəd partlamış-yanmış sursat qalıqları və 70 164 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 70 166 285 kv.m (7 017 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.




Ana səhifəyə qayıt        Baxış: 818          Tarix: 24-11-2017, 11:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma