Xəbər lenti

 

Şəki-Qax avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Ovqat.com ARB TV-yə istinadla xəbər verir ki, "KİA" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib, nəticədə maşın yolun kənarına aşıb. Yaralanan Baş Layısqı kənd sakinləri 28 yaşlı Elbrus Əhmədxanov və 32 yaşlı Murad Cumayev Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Əhmədxanov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Digər yaralı isə cərrahiyə şöbəsinə yerləşdirilib, sağlamlıq durumu orta-stabildir.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

 

Videonu izləmək üçün şəklə klikləyin:

Avtomobil yolun kənarına aşdı: 2 yaralı

Məqaləyə dair fotomateriallar:




Ana səhifəyə qayıt        Baxış: 658          Tarix: 21-12-2017, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma