Xəbər lenti

Azərbaycanda dekabrın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-7°, gündüz 8-11° isti, Bakıda gecə 4-6°, gündüz 8-10° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5°, gündüz 7-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-6° isti olacağı gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 550          Tarix: 23-12-2017, 14:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma