Xəbər lenti

Dağlarda 10 günə yaxındır itkin düşmüş 3 alpinistin axtarışı yanvarın 4-də davam edib.

Fövqəladə Hallar Nazilriyinin (FHN) itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb. Bildirilir ki, son günlər intensiv yağan qar səbəbindən axtarışların getdiyi ərazilərdə yeni qar uçqunlarının yaranma ehtimalı artıb. Qurum qar örtüyünün qalınlığının 1-1,5 metrə çatdığını deyir. Qeyd edilir ki, qar uçqunlarının olduğu yerlərdə qar qatının qalınlığı 8-12 metrə qədərdir.

"Qeyd olunanları nəzərə alaraq, hadisə rayonuna ağır texnikanın və digər texnikaların cəlb edilməsi daha təhlükəli vəziyyət yarada bilər. Yaranmış şəraitdə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması daha da çətinləşib".

Axtarışa qoşulan bəzi könüllülər bir neçə gün öncə bəyanat yayaraq, axtarışın səmərəliliyini artırmaq üçün təkliflərini səsləndirmişdilər. Onlar axtarış aparılan məkana 5 ekskavator gətirilməsini təklif etmişdilər. Bundan başqa, könüllülər axtarış məkanında gecələmək üçün çadırlar, yuxu tulumları, matlar, 5 böyük həcmli generator, istilik sobaları, yemək bişirmə və su qızdırma avadanlıqların gətirilməsi zəruriliyini vurğulamış, bildirmişdilər ki, qərargah axtarış yerinə yaxın məsafəyə köçürülməli, xüsusi dedektorlardan istifadə edilməlidir.

Dekabrın 23-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 gənc itkin düşüb. Onlar "Gilavar" – hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadədir (BBC).




Ana səhifəyə qayıt        Baxış: 868          Tarix: 5-01-2018, 14:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma