Xəbər lenti

 

Azərbaycan Silahlı Qüvvələrin hərbi orkestrlərinin nümunəvi çıxışları təşkil olunacaq.

Ovqat.com bildirir ki, Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.

Orkestrlər müəyyən edilmiş 6 nöqtədə çıxış edəcəklər:

- Dənizkənarı Milli Parkda (Azadlıq meydanın qarşısındakı fəvvarələrin önündə);
- Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);
- Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
- Zabitlər parkında;
- Fəvvarələr meydanında.

Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, və Qusar şəhərlərində də mayın 9-u Faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 928          Tarix: 8-05-2017, 18:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma