Xəbər lenti

 Müstəqil.az-ın “Dərdini bizə danış” layihəsinin budəfəki qonağı Hacıyev Natiq Hidayet oğludur.

Natiq Beyləqanda doğulub, uşaqlığı bu rayonda keçib, elə orta məktəbi də burada bitirib. Orta məktəbi bitirdikdən sonra Bakıda təhsil alıb və elə bu şəhərdə də yaşayır.

Uzun və şərəfli həyat yolu keçib. İdmanla məşğul olub. Dediyinə görə, əlbəyaxa döyüş üzrə öz çəkisində üç dəfə keçmiş SSRİ-nin birincisi olub. DİN-nin əməkdaşı olan həmsəhbətim ağır döyüş yolu da keçib, 1-ci Qarabağ savaşında düşmənlə üz-üzə gəlib. Müharibə veteranıdır. Çempionluq həyatı yaşamış, dəfələrlə yarış meydanlarında rəqibini məğlub etmiş, qanlı  döyüş yolu keçmiş, dostları və döyüş yoldaşları tərəfindən məğlubedilməz adı alan Natiqin əmlaklarını bir qrup dələduz fırıldaq işlədərək əlindən alıb. Necə? Təfsilatını öz dilindən eşidək:

 

– Özümə yaxşı iş qurdum. Bakıda ən böyük heyvandarlıq komleksi mənim idi. Şəhər sakinlərinə ət və süd məhsulları satırdıq. Qazancım isə təkcə özümə aid olmurdu. İşçilərə yüksək maaş verir, aztəminatlı, müharibə və şəhid ailələrinə də yardım edirdim.

 

Bu haqda danışmaq istəmir. Qəhrəmanımızı ən çox narahat edən və bizə müracət etməsinə səbəb olan hadisə qarşılaşdığı haqsızlıq və ona qarşı edilən dələduzluqdur:

-Bilirsiniz,biz  hüquqi bir dövlətdə yaşayırıq. Axır ki, bunun sonu olacaq, haqq öz yerini tapacaq. Şikayətlərimizə baxılacaq.

Elə bu ümüdlərlə də günləri həftəyə, həftələri aya çevirib, amma hələ ki istəynə çata bilməyib. Ümüdü…

-Yox ümüdümü üzməmişəm. Bu boyda haqsızlığı nə Allah götürər, nə də səlahiyyət sahibi olan bəndələr.

Deyir ki, əvvəlki zaman ola, yapışasan yaxasından sürüyüb çıxarasan küçəyə və salasan təpiyin, qapazın altına, haqqını özün təmin edəsən. Dövlətimizə, onun rəhbərinə inamımız bu addımı atmağa imkan vermir. Hər şeyin qanunla həll olunmasını istəyir

-Nədir axı sizi belə ümüdsüz hala salan və haqqınızın bərpa olunmasına inamsızlıq yaradan?

-Mən haqqın nahaqqı üstələyəcəyinə inanıram. Ola bilməz ki, haqq nazilə və üzülə. Bu qeyri mümkündür. Amma bu nahaq dediyimizin ətrafı o qədər kol-kosla, əqidəsi və əməli tikanlı insanlarla sıx örtülüb ki, haqq ha hıqqanır, ora bata bilmir.

Müsahibimin obrazlı danışıqlarının ardında doğrudan da hansısa həqiqətin boğulduğunu hiss etmək çətin deyil. Özü davam edir:

-Mənim evimi aldadıb əlimdən aldılar. İyirmi ilə yaxındır ki, Sabunçu rayonunda, Anaşkin küçəsi, 27/4 ünvanında bir mərtəbəli ev alıb yaşayırdım. 2000-ci ildə aldığım evi 2006-cı söküb yerində 3 mərtəbəli bir ev tikdim. Bu evin arxasında da əlavə bir mərtəbəli ev tikmişdim. Ərazi bütünlüklə 7 sot idi. Evlərin eskizi, texniki sənədləri olsa da sərəncam və çıxarış yox idi. O ətrafda, elə Bakının bütün rayonlarında belə yarımsənədli evlər çoxdur. Nə isə, evimin gözəgəlimli olması tez-tez müştərilərin mənə müraciət etməsinə səbəb olurdu.  Sonralar satmaq fikrinə düşsəm də, heç kəslə razılaşmırdım. Sonda Məhəmmədlə razılaşdım, o da məni bu cür aldatdı.

Natiq nəql edir ki, Bakı şəhər sakini Qafarov Məhəmməd Elman oğlu ilə evin alqı satqısını razılaşırlar. Məhəmməd ilkin olaraq ona özünün”Mersedes-S” markalı avtomobilini girov olaraq verir ki, sənədləşmədən sonara ödənişi edəcək. Amma bu müddətə evə köçsə yaxşı olar.

-Razılaşdım. Elə bütün hadisələr də bundan sonra başladı. Sən demə, bu nüddət ərzində  Məhəmməd yaxın adamları olan Sabunçu bələdiyyəsinin sədri Ədalət və daima onun yanında olan Məzahirin köməyi ilə torpağa sərəncam alıb evi öz adına sənədləşdirib və Əmlak komitəsindən çıxarış alıb.  Getdim, məni həyətə buraxmadı, bu ev mənimdir sənədləri də budur dedi. Ətrafda yaşayan qonşular izahat verdilər ki, 2000-ci ildən burada mən yaşayıram, xeyri olmur.

Natiq çantasından böyük bir bağlama çıxarır. 2017-ci ilin aprel ayınaq qədər bu ev üçün komunal xərcləri mən ödəmişəm, bələdiyyənin vergisini gecikdirməmişəm.

-Bəs bu haqda hansı inistansiyayalar müraciət etmisiz?

– Respublika Baş prakurorluğuna, Prakurorluğun yanında Korrupsiya idarəsinə müraciətimizə baxılır. Amma necə baxılır, bilmirik. Bu günlərdə mənə dedilər ki, sənin şikayətini məhkəməyə mülkü iş kimi göndərəcəyik. Onu da əlavə edirlər ki, bəs sənədlər onun adınadır. O adam da deyir ki, evin Natiqə heç bir aidiyyatı yoxdur.

Natiq onu da deyir ki, mənim şikayətimdən sonra o adam da şikayət edib ki, guya onun maşını qeyri-qanuni olaraq məndədir və girov kimi saxladıqları maşını da əlimdən aldılar.

Natiqin başına gətirilənlər bununla da yekunlaşmır. Onun yeni tikilidən nəvələrinin adına aldığı evlərin də sənədləri saxta çıxır. Belə ki, bu evlər də eyni zamanda bir-neçə nəfərə satılıb.

-Sənədlərimi götürüb mənzilə baxmağa getdim, mənə komendant dedi ki, bu evlər başqasının adınadır və hər 3 ev bankda girovdadır. Bu haqda da şikayətlərimə cavab verilmir. Müəyyən edirəm ki, bu bir qrup dələduzluqa məşğul olanlardır və arxalarında da çox böyük himayədarları var.

Natiq deyir ki, məndən əklavə iki nəfər iş adamı da var ki, onlar da bu müsübətlərlə üzləşib. Hər üçümüzə eyni adamlar eyni cavabı verirlər.

– Amma ümüdləriniz üzülməyib. Yazlı, şifahi şikayətlərimizə qulaq asmayıb, dələduzları müdafiə edib, bizim əmlakımıza əl qoyanlar əməli şikayətimizdən yan keçə bilməzlər… Biz bu gün yanvarın 19-da şəhərin ən yüksək bir yerində özümüzü yandıracağıq ki, heç olmasa bundan sonar bu quzğunlar digər vətəndaşlarımızı belə faciələrlə üz-üzə qoymasınlar.

-Niyə məhz yanvarın 19-da?

-Bir gün sonra qanlı 20 yanvar faciəmizin 28 illik anım günüdür. Yanvar şəhidləri öz ölümləri ilə xalqımıza azadlıq gətirdi. Biz də bu intiharla kimsəsiz insanlarımızı dələduz və onların hamilərinin əlindən qurtaracağıq…

Ötgün




Ana səhifəyə qayıt        Baxış: 574          Tarix: 19-01-2018, 09:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma