Müxalifət partiyalarının təmsilçiləri ayrıseçkilikdən şikayətlənirlər.
Onlar deyirlər ki,20 Yanvar faciəsində həlak olanların anım mərasimində də ögey münasibətlə üzləşiblər.
20 yanvar faciəsində həlak olanlar tək Bakıda yox, ölkənin bütün əyalətlərində anılıb. Ancaq bəzi bölgələrdə mərasimlər narazılıqsız keçməyib.
Lənkəran şəhər sakini İltifat Rəhimzadənin deməsinə görə, onların mərasiminə polsin müdaxiləsi olub:
“Rayonun mərkəzində Şəhidlər Xiyabanı var.Orada 1990-ci il yanvar ayında həlak olan 5 Lənkəran sakinidəfn edilib. Onlar 1990-cı il yanvarın 26-da SSRİ Silahlı Qüvvələrinin Lənkərana müdaxiləsində həlak olublar. Orada Qarabağda həlak olanların da məzarları var. Polislər adamların abidənin önündə dayanmalarına mane olurdular. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərini şəkil çəkməyə qoymayıblar”
Ancaq bu deyilənlərə Lənkəran rayon Polis Şöbəsindən münasibət almaq mümkün olmayıb.//Azadlıq Radiosu
Paylaş: