Xəbər lenti

Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 112 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb. Bundan başqa, axtarışda olduğuna görə 26 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında isə 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Eləcə də, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 241          Tarix: 16-02-2018, 12:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma