Xəbər lenti

"Bayıl sürüşmə zonasından köçürülən sakinlər bu gündən etibarən kirayə pullarını ala bilərlər".

Bunu Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov deyib.

O bildirib ki, Bayıl sürüşmə zonasından köçürülən 67 ailə kirayə pulu almaq üçün sənədlərini təqdim edib: "Sənəd təqdim edən şəxslərə bu gün kartlar veriləcək. Kartı olan şəxs banka gedib onun hesabına köçürülən məbləği ala bilər".

Şöbə müdiri qeyd edib ki, qalan şəxslərə də sənədlərini təqdim etmələri ilə bağlı dünən xəbərdarlıq edilib/Report.




Ana səhifəyə qayıt        Baxış: 689          Tarix: 20-02-2018, 12:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma