
“Exo” qəzetinin və echo.az saytının təsisçisi və baş redaktoru Rauf Talışinski 62 yaşında vəfat edib.
Strateq.az xəbəır verir ki, o, bu gecə infarkt keçirib…
Xatırladaq ki, Rauf Talışinski 16 Noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
“Molodyoj Azerbaydjana”, “Vışka” və “İzvestiya” kimi qəzetlərdə çalışıb. 1990-cı ildən “Ayna”/ “Zerkalo” qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb.
Rauf Talışinski 27 Yanvar 2001-ci ildən “Exo” qəzetinin baş redaktoru olub. O, jurnalistikanın inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!
Paylaş: