Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Silahlı Qüvvələrin yaranmasının 100 illiyinə həsr olunmuş “Əsgərə məktub” adlı aksiya keçirir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, aksiyanın məqsədi Azərbaycan vətəndaşının öz əsgərinə, ordusuna ehtiram və diqqətinin “Azərpoçt” MMC vasitəsi ilə çatdırılması və insanlarda məktub yazmaq vərdişini təşviq etməkdir.
şüarı ilə təşkil olunan aksiyanın birinci mərhələsi 23-24 iyun tarixlərində, saat 12:00-dan 21:00-a qədər “Park Bulvar” ticarət mərkəzində baş tutacaq. Belə ki, qeyd olunan tarixlərdə “Park Bulvar”da “Azərpoçt” MMC-nin xüsusi guşəsi fəaliyyət göstərəcək.
Tədbir iştirakçıları sözügedən guşədə Azərbaycan əsgərinə məktub yazmaq imkanı əldə etməklə yanaşı, əsgərlərə bağlama da yollaya biləcəklər.
Aksiyanın ikinci mərhələsinin isə 25 iyun tarixində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgərləri ziyarət etməklə həyata keçirilməsi nəzərdə tutulub.
Paylaş: