Xəbər lenti

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1186-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Trend-in məlumatına görə, Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda istehsal olunan tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat (bundan əvvəl 4 manat) aksiz dərəcəsi tətbiq ediləcək.

Digər dəyişikliyə uyğun olaraq, siqarlar, ucları kəsilən siqarlar və siqarillalara isə (nazik siqarlar) 1000 ədədinə 20 manat (bundan əvvəl 10 manat) vergi tətbiq olunacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 547          Tarix: 27-06-2018, 16:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma