Xəbər lenti

Ölkənin bütün ərazisində telekommunikasiya təchizatının dayanıqlığı təmin olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iyulun 2-dən 3-nə keçən gecədən etibarən rabitə müəssisələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

“Əlavə enerji qurğularının işə salınması nəticəsində ölkə ərazisində sabit və mobil telefon rabitəsi, internet, poçt, televiziya və radio yayımının fasiləsizliyi tam təmin edilib”, – deyə məlumatda vurğulanıb.

 




Ana səhifəyə qayıt        Baxış: 494          Tarix: 3-07-2018, 16:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma