Xəbər lenti

  “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak edəcək Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmiləri Xəzər dənizindəki döyüş hazırlığı poliqonunda məşqlərə başlayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

Keçiriləcək yarışlarda dənizçilər “Artilleriya atəşlərinin yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə  müsabiqənin müxtəlif mərhələlərində güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.




Ana səhifəyə qayıt        Baxış: 508          Tarix: 25-07-2018, 19:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma