Xəbər lenti

Badamdarda sürüşmə sahəsində monitorinqlər davam etdirilir.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargaha istinadən xəbər verir ki,  sürüşmə zonasında 30 oktyabr saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır:

“Sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması qeydə alınıb. Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub. Yuxarı hissədə yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb”.

 




Ana səhifəyə qayıt        Baxış: 311          Tarix: 30-10-2018, 14:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma