Xəbər lenti

Dövlət Sərhəd Xidməti AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanılması ilə bağlı rəsmi məlumat yayıb.

Xidmətdən virtualaz.org-a verilən məlumata görə, mayın 25-i saat 22 radələrində Azərbaycan Respublikasının vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.

Belə ki, G.Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla G.Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

*   *   *13:02

AXCP sədrinin müavini Gözəl Bayramlı barəsində cinayət işi başlanıb.

Lent.az-ın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov yazıb. Onun sözlərinə görə, G.Bayramlı hazırda Şəmkirdədir. Onun Bakıya gətirilməsi gözlənilir.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev isə yazıb ki, G.Bayramlının çantasından 10 min saxta ABŞ dollarının aşkarlandığı bildirilir.

Hazırda onu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX), eləcə də Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin əməkdaşları dindirir.

Xatırladaq ki, Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən Qazax Sərhəd-Keçid Məntəqəsində saxlanılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 1 011          Tarix: 26-05-2017, 13:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma