Xəbər lenti

  Speys TV-nin "Hər gün” informasiya proqramının baş redaktoru Elman Gədiklini tutduğu vəzifədən azad edilib.

Ovqat.com Unikal.org-a istinadən xəər verir ki, bir müddət əvvəl E.Gədiklinin oğlu Təhsil Nazilriyinin və ASAN Xidmətin birgə həyata keçirdiyi işə qəbul imtahanında iştirak edib, lakin imtahanda uğursuz nəticə göstərib. İmtahan nəticələrinə görə, E.Gədiklinin oğlu ASAN Xidmətə işə qəbul oluna bilməyib.
Bundan hiddətlənən E.Gədikli ASAN Xidmət və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi imtahanla bağlı ötən gün Speys TV-nin "Hər gün” İnformasiya Proqramında qərəzli videomaterial hazırlayaraq yayımlayıb.
Məsələdən xəbər tutan Təhsil naziri Mikayıl Cabbarov Speys TV-nin prezidenti Vaqif Mustafayevə zəng edib. Nazir V. Mustafayevdən baş redaktorun işdən azad olunmasını istəyib. Bundan sonra V.Mustafayev dünən 15:00-da E.Gədiklini tutduğu vəzifədən azad edib və kanaldan uzaqlaşdırıb.

"Space” Müstəqil Teleradio Şirkətinin (Space TV) "Hər gün” informasiya proqramının keçmiş baş redaktoru Elman Gədiklini işdən getməsinə aydınlıq gətirib.
 E.Gədikli əməkdaşımızla söhbətində bildirib ki, əsəblərində problem yarandığı üçün belə qərar verib
"Son bir ildə əsəblərim yerində deyildi. Bir ay ərzində isə bacımı və qardaşımı itirmişəm. Ona görə də çox gərginəm. Xəbərlər də ağır yerdir. Ona görə öz ərizəmlə işdən çıxmışam. Amma ola bilsin ki, nə vaxtsa Space-ə qayıtdım".
Keçmiş baş redaktor yerinə təyin edilən Azadə Balayeva barədə danışmaq istəməyib:
"Əgər rəhbərlik belə qərar veribsə, bunu onlardan soruşun".
Qeyd edək ki, E.Gədiklinin işdən çıxarılmasıyla bağlı da xəbərlər yayılıb. Bildirilir ki, təhsil sistemi haqda tənqidi süjetdən sonra təhsil naziri Mikayıl Cabbarov Space-in rəhbəri Vaqif Mustafayevə zəng vurub. Məhz bu zəngdən sonra Gədikli işdən çıxarılıb.




Ana səhifəyə qayıt        Baxış: 656          Tarix: 29-05-2017, 10:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma