Zaqataladakı fındıq bağlarında qızğın iş gedir. Hər kəs əlində qab fındıq yığır.
Zaqatala rayonunda qədimdən kütləvi fındıq bağlarının mövcud olduğu kəndlərdən biri Fındıqlı kəndidir. Adından da bəlli olduğu kimi burada əhalinin əsas gəlirləri fındıqçılıqla bağlıdır. Ümumi ərazisi 800 hektar olan bu kəndin 730 hektarı xüsusi mülkiyyətə verilmiş fındıq bağlarıdır.
İyul aylarının ilk günlərindən etibarən başlanılan fındıq yığımı sentyabr ayının sonunadək davam edir. Təsərrüfatçılar bu mövsüm fındıq bağlarında məhsuldarlığın yüksək olduğunu bildirir. Hazırda fındığın "seryoşka" yəni tez yetişən yay fındığı növünün yığımı gedir. Məhsuldarlıq isə qənaətbəxşdir.
Fındıq yığımı əsasən iməcliklər təşkil edilərək keçirilir. Hər bir ailənin fındıq bağı olduğundan sakinlər biri-birinə köməklik edir.
Qeyd edək ki, hazırda Zaqatala bazarında fındığın bir kiloqramının qiyməti ötən illə müqayisədə 1 manat 20 , 1 manat 40 qəpik artaraq 3 manat 60 qəpikə çatıb.\\Xezerxeber.az
Paylaş: