Xəbər lenti

 Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında orqan transplantasiyası əməliyyatları dayandırılıb. Ovqat.com Modern.az-a istinadən xəbər veriri ki, buna səbəb xəstəxanada əməliyyatı icra edəcək kadrların olmamasıdır.
Məsələ ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və orqan transplantasiyasnın şöbə müdiri Elmir Əsgərov Modern.az-a faktı təsdiqləyib.
Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasında transplantasiya əməliyyatları Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin sabiq müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi tərəfindən icra edilirdi. M.Kazımi 2008-ci ildən 2018-ci ilədək burada fəaliyyət göstərib. 2018-ci il sentyabrın 28-dən etibarən isə Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri olaraq fəaliyyətini davam etdirir.




Ana səhifəyə qayıt        Baxış: 426          Tarix: 6-09-2019, 15:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma