Xəbər lenti

 

Səhiyyə Nazirliyi Quba rayonunda “Azərişıq” ASC-yə məxsus avtomobilin aşması nəticəsində ölən və yaralananlar barədə məlumat yayıb.

Nazirlikdən "Report"a bildirilib ki, hadisə nəticəsində 2 nəfər aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib: "Daha 2 nəfər ağır vəziyyətdə Quba Rayon Mərkəzi Xəstəxanasına aparılır. Ərazi üzrə Qonaqkənd tibb məntəqəsinin həkimləri yaralıların vəziyyətini kritik kimi qiymətləndiriblər. Təcili tibbi yardım briqadalarının həkimləri hər iki yaralının həyatının təhlükə altında olduğunu bildiriblər".


***12:58

Quba rayonunda “Azərişıq” ASC-yə məxsus avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.  

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə qurumun Şimal Regional İdarəsinin Sumqayıt bölməsinin əməkdaşlarının yüksək gərginlikli elektrik xətlərinə baxış keçirməyə gedərkən qeydə alınıb. 

Belə ki, UAZ markalı avtomobil Söhüb kəndi ərazisində yamacdaykən texniki nasazlıq yaranıb və nəqliyyat vasitəsi dərəyə yuvarlanıb.

Nəticədə avtomobildə olan Namik Rüstəmov  Zahid Qurbanov hadisə yerində ölüb, sürücü İlkin adlı şəxs və avtomobildə olan Saleh adlı digər şəxs isə yaralanıb. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.


*** 12:44

Qubada “Azərişıq” ASC-yə məxsus avtomobil yoldan çıxaraq dərəyə aşıb.

“Report”un əldə etdiyi ilkin məlumatlara görə, hadisə nəticəsində qurumun iki əməkdaşı ağır yaralanıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Report”a faktı təsdiq edib və bildirib ki, hadisə araşdırılır: “Məlum hadisə ilə bağlı məsələ rəhbərliyin nəzarəti altındadır. Hadisənin səbəblərinin araşdırmaq üçün artıq qurum rəhbərliyi Qubadadır”.




Ana səhifəyə qayıt        Baxış: 333          Tarix: 18-09-2019, 13:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma